Now Reading:
Sel Qusarda ciddi fəsadlar törədib
Full Article 40 second read

Sel Qusarda ciddi fəsadlar törədib



İyunun 24-də günün ikinci yarısında yağan şiddətli leysan yağışları Qusar rayonun Kuzun kəndində ciddi fəsadlar törədib.

Qusar fövqəladə hallar komissiyasının sədri Şahid Fərəməzovun verdiyi məlumata görə, dağlardan gələn sel suları Kuzun kəndində 20-dən çox evin içinə dolub.

Selin təsirindən bəzi evlərin divarları uçub. Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alan yoxdur. Dağılmaq ehtimalı olan evlərin sakinləri təhlükəsiz əraziyə köçürülüb.

Ş.Fərəməzov bildirib ki, 2 saat ərzində yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünün bir hissəsini sıradan çıxarıb. Sel kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlara ciddi ziyan vurub.

Hazırda yağış yağmasa da, dağlardan kəndə sel sularının axını davam edir. Müvafiq strukturların nümayəndələri selin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. (APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: