Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Seçki bülletenləri 15 gün qalmış paylanacaq

Referendumla əlaqədar seçki bülletenlərinin seçki dairələrinə və seçki məntəqələrinə paylanılmasına sentyabrın 11-dən başlanılması planlaşdırılır.

SİA-nın xəbərinə görə, bu barədə  Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

M.Pənahov deyib ki, 2015-ci il noyabrın 1-də keçirilən seçkilərdə bülletenlər seçkilərə 10 gün qalmış paylanıb: “Hesab edirəm ki, bu dəfə səsverməyə 15 gün qalmış bülletenlərin paylanılması kifayət edər”.

MSK sədri  sentyabrın 1-dən etibarən dairə seçki komissiyaları üçün treninqlerin başlayacağını da açıqlayıb. Tədbirlərdə DSX sədrləri və müvafiq şəxslər iştirak edəcəklər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Referendum Aktına qarşı çıxanlar Azərbaycanın tərəqqisini istəməyənlərdir

%d bloqqer bunu bəyənir: