Loading...
Loading...

“Saxta AXCP bileti düzəldir, mühacir biznesi ilə məşğul olur” – Razi Nurullayevə qarşı şok faktlar

Ötən il Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-dən ayrılıb, özünü yeni AXCP elan edən Razi Nurullayevin rəhbərlik etdiyi qurumda son zamanlar istefalar baş verməkdədir.

Bu günlərdə eks siyasi məhbus, keçmiş AXCP üzvü Rahib Hacıyev də Razi Nurullayevin rəhbəri olduğu qurumdan ayrılıb.
Qurumdan ayrılan Rahib Hacıyev Moderator.az-a təşkilat haqqında şok məlumatlar verib.
Картинки по запросу rahib hacıyev
R.Hacıyevin sözlərinə görə, Razi Nurullayev saxta partiya biletləri düzəldib:
“Rafiq Daşəmirli Əli Kərimlinin yanında təşkilat komitəsinin yanında işlədiyi vaxtlar onda şəkilsiz partiya biletləri var idi. Onlar da bu biletlərdən istifadə edərək kserokopiya vasitəsi ilə bu vəsiqələrin sayını artırdılar. Razi Nurullayev bu saxta vəsiqələri məhkəməyə təqdim edərək AXCP-nin onun yaratdığı qurum olduğunu sübut etmək istəyirdi.
Razi Nurullayevin yanında hüquqşunas kimi fəaliyyət göstərən Mehman Muradlı da bu faktı təsdiq edə bilər. Onlar bütün bu saxta işləri R.Nurullayevin ofisində həyata keçirdilər. Kserokopiya edib fotoşopla vəsiqələr düzəltdilər.
Üstəlik onu da deyim ki, Razi Nurullayev mühacir biznesi ilə də məşğul olur. Bir qrup insanlar bizim tədbirə gəlib əllərində AXCP-nin bayrağı ilə şəkil çəkdirir, sonra da çıxıb xaricə gedirlər”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Daha bir cəbhəçi həbs edildi

Loading...
%d bloqqer bunu bəyənir: