Advertisements
24 saat

Savçenko İlqar Məmmədovun azadlığa buraxılmasını tələb etdi


Ukraynanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Nadejda Savçenko ReAL hərəkatının lideri İlqar Məmmədovun azadlığa buraxılması tələbi ilə keçirilən aksiyada iştirak edib.

Virtualaz.org bildirir ki, aksiya Strasburqda, Avropa İttifaqının binası qarşısında keçirilib.

Təşkilatçılar sosial şəbəkələrdə Nadejda Savçenkonun əlində İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edən plakat tutduğu şəklini paylaşıblar.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş verən iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib.

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: