Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Savçenko ilə Cəmiloğlu Azərbaycan hakimiyyətini qəzəbləndirib

Ukraynalı keçmiş siyasi məhbus, deputat Nadejda Savçenko ilə Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb etməsi Ilham Əliyev hakimiyyətinin hiddətinə səbəb olub.

Qeyd edək ki, adıçəkilən hər iki Ukrayna prezidenti Petro Poroşenkoya yaxınlığı ilə tanınır. Onlar Azərbaycandakı siyasi məhbuslarla bağlı kampaniyanı Strasburqda keçirib. Hər iki ora Avropa Şurası Parlament Assambleyasının seesiyasında iştirak etmək üçün gedib.

mustafa-ilqar-azadliq-300x300

Nadejda Savçenko ilə Mustafa Cəmiloğlunun bu addımından sonra Azərbaycan hakimiyyətinin nəzarətində olan media orqanlarında Ukrayna rəhbərliyi barədə sərt tənqidi materiallar yer almağa başlayıb. Petro Poroşenko Azərbaycana arxadan zərbə vurmaqda ittiham edilib. Materiallarda guya Azərbaycanın hər zaman Ukraynanın yanında olduğu vurğulanıb. Halbuki Ukrayna-Rusiya münasibətlərində Azərbaycan hakimiyyəti hər zaman ehtiyatlı mövqe tutub.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanın müharibə veteranları Roma Papasına müraciət ünvanladı

%d bloqqer bunu bəyənir: