Loading...
Loading...

Savçenko AŞ PA-da çıxış etdi

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının birinci iş günündə ukraynalı parlamentar Nadejda Savçenko qurumun plenar iclasında çıxış edib.

APA-nın xəbərinə görə, AŞPA üzvü olan xanım Savçenko Rusiyada həbsdən azad edildikdən sonra bu gün ilk dəfə AŞPA-nın toplantısına qatılıb və müstəsna hal kimi 2 dəqiqəlik nitq söyləyib.

N. Savçenko azadlığa çıxması üçün ona yardım etmiş AŞPA üzvlərinə təşəkkürünü bildirib: “Mənim burada çıxış edə bilməyim həm də sizin sayənizdə gerçəkləşib. Mənim azadlığım naminə mübarizə aparmış və Ukraynanı dəstəkləyən bütün hər kəsə təşəkkürümü bildirirəm. Bizim sizinlə baxışlarımız eyni istiqamətə yönəlib. Ukrayna sülh, irəliləyiş və Avropa istiqamətində can atır. İlk olaraq, onu demək istəyirəm ki, mən burada sülh və barışıq naminə işlərimi davam etdirəcəyəm və fəaliyyətim zamanı əlimdən gələni edəcəyəm ki, bizim əməkdaşlığımız səmərəli olsun”.

N. Savçenko Rusiyada həbsdə saxlanılan digər ukraynalıların da azad edilməsi üçün AŞPA-nı Rusiyaya təzyiq göstərməyə çağırıb: “Rusiya məni 22 il həbsdə saxlamaq istəyirdi, amma biz bunu istəmədik və əlimizdən gələn hər şeyi etdik. Mən sizin aranızda olmağıma çox şadam”.

Ukraynalı parlamentar, eyni zamanda, Rusiyanın yenidən AŞPA-da təmsil olunmasına qarşı çıxaraq bu dövləti assambleyanın digər üzvlərinin hüquqlarını pozmaqda ittiham edib. O, sonda heç kəsə Rusiya kimi qonşu arzu etmədiyini və Rusiya ilə qonşu olan ölkələrin bundan əziyyət çəkdiklərini söyləyib.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İstanbulda terror təhlükəsi: mərkəzi küçələrdən biri bağlandı

Loading...
%d bloqqer bunu bəyənir: