Now Reading:
Satışda xərçəng yaradan tomat pastaları peyda olub
Full Article 1 minutes read

Satışda xərçəng yaradan tomat pastaları peyda olub



İnsan orqanizmində xərcəng yaradan qida məhsulları yenidən ölkənin bir sıra ticarət məntəqələrində satışa çıxarılıb.

24saat.org saytı xəbər verir ki, bu məhsullar sırasına Rusiyada istehsal olunan “Senyor” və “SSSR” markalı tomat pastası məhsularını misal çəkmək olar. Tərkibində pomidorla yanaşı insan orqanizmi üçün təhlükəli benzoy və sorbat turşuları, şəkli dəyişdirilmiş kartof nişastası və natirium benzonat əlavə olunan adı çəkilən bu məhsullar xörək hazırlanan zaman isti temperatur nəticəsində xərçəng yaradan maddəyə çevrilir. Bu səbəbdən bu tipli məhsulların satışına Avropada qadağa qoyulub. Qaydalara görə, pomidordan hazırlanmış tomat pastalarının yararlıq müddəti 2 il olmalıdır. “Senyor” və “SSSR” markalı məhsullar pomidordan deyil, qatqılardan istifadə olunduğundan üzərində yararlılıq müddəti 1 il kimi göstərilib. Odur ki, məhsulu alan istehlakçılar öz sağlamlıqlarını düşünməli, bu məqama diqqət etməlidirlər. Amma bizdə bəzi işbazlar öz maddi maralarını istehlakçıların sağlamlığının maraqlarından üstün tutaraq bu cür üzdəniraq məhsulları ölkə ərazisinə çox asanlıqla keçirə bilir.

Gömrük keçid məntəqələrində isə məsələyə göz yumur, əlaqədar təşkilatlar məhsulların satışını əngəlləmək istiqamətində lazımi addımlar atmırlar.

ssr

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: