Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Satışa çıxarılan pambıq müəssisələrinin zərəri gizlədilir

«Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransında Prezident İlham Əliyev pambıqçılığın inkişafının əsasını qoydu. Sonrakı çıxışlarında da dövlət başçısı pambıqçılığın genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. Bildirib ki, bu il keçən ilə nisbətən pambıq istehsalı üç dəfə artırılaraq, 30 min tondan 100 min tona qaldırılacaq. Prezidentin fikrincə, məhsulu yetişdirmək, hələ, məsələnin həlli deyil. Onu daxili və ya xarici bazarda satmaq vacibdir. Bu yaxınlarda da dövlət başçısı görülən işllərlə tanış olmaq üçün regionlarda pambıq sahələrində olub, pambıqçılığa önəm verdiyini göstərib. Prezidentin tapşırığından sonra bu sahədə aktivlik nümayiş etdirildi, kəndlini stimullaşdırmaq məqsədilə pambığın yeni alış qiymətləri müəyyənləşdirildi.

Amma hədəfə çatmaq üçün təkcə pambıq əkmək yetərli deyil, bu sahədə müasir avadanlıqlarla təmin olunmuş, geniş imkanlara malik müəssisələrə ehtiyac var. Artıq bu ildən 30% səhm paketi dövlətdə olan pambıqçılıq müəssisələrinin səhmləri də satışa çıxarılıb. Bizimyol.info Əmlak Məsələləri Dövlət Komitəsinin yeni yaradılmış saytına istinadən satışa çıxarılan müəssisələrin göstəricilərini təhlil edib. Yaxşı sərmayə olmasa bu müəssisələrin durumu ümidverici deyil.

Gəliri yoxdursa deməli, zərərdədir

1930-cu ildə istifadəyə verilmiş, 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Ucar Pambıqtəmizləmə zavodunun bazasında yaradılmış “Ucar Pambıq” ASC-nin fəaliyyəti pambıq tədarükü, emalı və satışıdır. Nizamnamə kapitalı 1 800 162,80 manat, buraxılmış səhmlərin sayı 900 081 ədəd, satılmış səhm zərfinin həcmi 628 693 ədəd (69.85%), hazırda satılan səhm zərfi 271 388 ədəd (30.15%), zərfin nominal dəyəri (50% güzəştlə) 271 388 manatdır. Müəssisənin istifadəsində olan ümumi torpaq sahəsi 224 947.3 kv/m. təşkil edir. Bunun 110 134,4 kv/m.-i əsas sahə, 81 000 kv/m.-i yardımçı təsərrüfat, 33 812,9 kv/m.-i də idman kompleksidir (stadion). Müəssisənin ümumi tikilialtı sahəsi 32 933.5 kv/m.-i əhatə edir. 2 mərtəbəli baş korpus, press sexi, quşçuluq ferması, kolbasa sexi, idman kompleksi, laboratoriya, mal-qara ferması, kərpic və əhəng sexi, istixana, material anbarları, 3 ədəd 100 başlıq tövlə, 5000 başlıq quşçuluq binası, inkubator, yeməkxana var. KİV olaraq bizim tənqidimizdən sonra cürət edib satışa çıxardıqları müəssisələrin zərərlərini, borclarını göstərmirlər. Məsələ burasındadır ki, sözügedən ASC-nin heç gəliri də qeyd edilməyib. Gəliri yoxdursa, deməli, zərərdədir. Avadanlıqları da ömrünü çoxdan bitirib.

ƏMDK hərraca çıxarılan ASC-lərə dair məlumatları “sirr” saxlayır

1936-cı ildə istifadəyə verilmiş, 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Salyan Pambıqtəmizləmə zavodunun bazasında yaradılmıç “Salyan Pambıq” ASC-nin nizamnamə kapitalı 2 133 036 manat, buraxılmış səhmlərin sayı 1 066 518 ədəd, satılmış səhm zərfinin həcmi 746 314 ədəd (69.98%), satılan səhmin sayı 320 204 ədəd (30.02%), hazırda satışa çıxarılan səhm zərfinin nominal dəyəri (50% güzəştlə) 320 204 manatdır. Müəssisənin ümumi torpaq sahəsi 384 033,2 kv/m., bunlardan əsas sahə 134 041,7 kv/m., Şorsulu pambıq məntəqəsi 59 149 kv/m., Qızılağac pambıq məntəqəsi 89 724,3 kv/m., Qarabağlı pambıq məntəqəsi 29 531,1 kv/m., Bəşirabad pambıq məntəqəsi 71 587,1 kv/m., müəssisənin ümumi tikilialtı sahəsi 36 427,4 kv/m. təşkil edir. Baş korpus və təmizləmə sexi, inzibati bina, mexaniki emalatxana, mərkəzi laboratoriya, mexaniki anbar, quruducu sex, pambıq talvarları, çiyid üçün talvarlar, xam pambıq üçün talvarlar kimi köməkçi bina və qurğular var. Alıb-verəcəkləri yenə götərilmir. Müəssisədə gözü olan sahibkar bu məlumat üçün bir də zəhmət çəkib Komitəyə getməlidir.

Yarım milyonluq müəssisəni qiymətə mindirən səbəb yoxdur

1928-ci ildə yaradılmış, 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Yevlax Pambıqtəmizləmə zavodunun bazasında qurulmuş “Yevlax Pambıq” ASC-nin nizamnamə kapitalı 3 004 008,40 manat, buraxılmış səhmlərin sayı 1 502 004 ədəd, satılmış səhm zərfinin həcmi 1 051 144 ədəd (69,98%), hazırda satılan səhm zərfi 450 860 ədəd (30.02%), zərfin nominal dəyəri (50% güzəştlə) 450 860 manat təşkil edir. Müəssisənin istifadəsində olan ümumi torpaq sahəsi 187 978 kv/m.-dir. Əsas sahə 89 365 kv/m., tədarük məntəqəsi 58 613 kv/m., yardımçı təsərrüfat 40 000 kv/m., tikilialtı sahə 35 665,9 kv/m. təşkil edir. 3 ədəd 2 mərtəbəli inzibati bina, 2 mərtəbəli yeməkxana binası, mahlıc və çiyid talvarı, 2 mərtəbəli baş korpus, tara anbarı, mərkəzi anbar binası, pambıq talvarı, tikinti anbarı, ocaqxana binası, emalatxana binası var. Bunun da nə zərəri göstərilir, nə borcu, nə də mənfəəti. Yarandığı ilə baxılsa fiziki cəhətdən çox köhnəlib.

1951-ci ildə istifadəyə verilmiş, 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə 1 saylı Pambıqtəmizləmə zavodunun bazasında təsis olunmuş “Bərdə Pambıq” ASC-nin nizamnamə kapitalı 1 011 079.80 manat, buraxılmış səhmlərin sayı 505 540, satılmış səhmləri 356 142 (70.45%), hazırda satılan səhm zərfinin həcmi 149 398 ədəd (29.55%), zərfin nominal dəyəri (50% güzəştlə) 149 398 manat təşkil edir. Müəssisənin torpaq sahəsi 79 609 kv/m., tikilialtı sahəsi 27 725.6 kv/m.-dir.

İnvestorlara verilməyən mesaj

1984-cü ildə istifadəyə verilmiş, 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Əli Bayramlı Pambıqtəmizləmə zavodunun bazasında yaradılmış “Muğan Pambıq” ASC-nin nizamnamə kapitalı 947 841,60 manat, buraxılmış səhmlərin sayı 473 920, satılmış səhmləri 331 623 ədəd (69.97%), hazırda satılan səhm zərfinin həcmi 142 297 ədəd (30.03%), zərfin nominal dəyəri (50% güzəştlə) 142 297 manatdır. Müəssisənin torpaq sahəsi 200 376 kv/m., tikilialtı sahə 24 379.9 kv/m. təşkil edir.
1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Tərtər Pambıqtəmizləmə zavodunun bazasında qurulmuş “Tərtər Pambıq” ASC-nin nizamnamə kapitalı: 1 131 433,20 manat, buraxılmış səhmlərin sayı 565 716, satılmış səhmləri 396 945 (70.17%), hazırda satılan səhm zərfinin həcmi 168 771 ədəd (29,83%), nominal dəyəri (50% güzəştlə) 168 771 manatdır. Müəssisənin torpaq sahəsi 183 737.5 kv/m., tikilialtı sahə 27 004.5 kv/m. təşkil edir.

1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Sabirabad Pambıqtəmizləmə zavodunun bazasında yaradılmış “Sabirabad Pambıq” ASC-nin nizamnamə kapitalı 1 998 530.20 manat, buraxılmış səhmlərin sayı 999 265, satılmış səhmləri 700 252 (70.08%), hazırda satılan səhm zərfinin həcmi 299 013 ədəd (29.92%), nominal dəyəri (50% güzəştlə) 299 013.00 manatdır. Müəssisənin torpaq sahəsi əsas sahə üzrə 113 583 kv/m., tikilialtı sahə 28 568.5 kv/m.-dir. Deyilən qiymətə torpaq yalnız istifadəyə verilir, onu ayrıca almaq lazımdır. Lakin bu barədə investorlara heç bir mesaj yoxdur.

Bizimyol.info

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolu xətti çəkilə bilər – İRANIN TƏŞƏBBÜSÜ

%d bloqqer bunu bəyənir: