Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şarmazanov: “Rusiya ilə sazişdə Dağlıq Qarabağın adı çəkilmir”

Rusiya ilə Ermənistanın Hava Hücumundan Birləşmiş Müdafiə Sistemi sazişində Dağlıq Qarabağın adı heç bir halda xatırlanmır.

Virtualaz.org Sputnik-Armeniyaya istinadən bildirir ki, bunu Ermənistan Milli Məclisinin vitse-spikeri və hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

“Bu sazişdə Qarabağla bağlı nə bir nöqtə, nə də bir vergül var”, -deyə o, partiyanın İcra orqanının iclasından sonra jurnalistlərə verdiyi açıqlamasında bildirib.

O qeyd edib ki, bu saziş Ermənistana Rusiya Hava Hücumundan Müdafiə Sisteminin geniş imkanlarından yararlanmaq şansı verəcək.

Vitse-spiker onu da vurğulayıb ki, sazişi asasən onun mətnindən xəbəri olmayanlar tənqid edirlər: “Bu sazişdə söhbət Rusiyanın Belarus və ya Qazaxıstanla olduğu kimi “birgə sistem”dən yox, “birləşmiş sistem”dən gedir. Bu isə o deməkdir ki, Rusiya və Ermənistan tərəfləri öz müstəqilliklərini saxlayırlar”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Elçibəyin 52 il əvvəl qardaşına yazdığı məktub üzə çıxdı

%d bloqqer bunu bəyənir: