Loading...
Loading...

Sarksiyan qorxdu: `DQR` tanınmayacaq

Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan özünün `Facebook` səhifəsində hökumətin “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi xəbərləri təkzib edib.

“Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət DQR-in müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”, – deyə o bildirib.

Bundan başqa Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar toplantısının gündəliyinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məsələsi daxil edilməyib.

BBC-nin məlumatına görə, parlamentin iclasının gündəliyinə 15 məsələ daxil edilib və “Dağlıq Qarabağın müstəqilliyinin” tanınması gündəlikdə yoxdur.

İlkin Nəcəfzadə
AzVision.az

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ermənistan XİN-dən Qarabağla bağlı – Bəyanat

Loading...
%d bloqqer bunu bəyənir: