Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sarkisyanla Petrosyan ermənilərin gələcəyini satışa çıxarıb

“Bizim gələcəyimizi satışa çıxarıblar. Sabiq prezident Levon Ter-Petrosyanın indiki prezident Serj Sarkisyanla sövdələşməsi, Dağlıq Qarabağ məsələsinin həll variantları ilə bağlı az qala düşmən mövqelər tutmuş adamların indi bir araya gəlməsi ermənilərə yaxşı heç nə vəd etmir. Onların vədləri həmişəki kimi, şirindir, amma yalandır”.

Ermənistanın tanınmış jurnalistlərindən olan Yegiazar Ayntabtsinin bu gün dərc olunmuş “Daxili siyasi həyatımızda qapalı Qarabağ klubu” məqaləsində bildirir ki, Dağlıq Qarabağ münaqişəsi zonasındakı “dördünlük müharibə” Yerevanın siyasi mühitinə də ciddi təsir edib: “Belə təsirin subyektiv və obyektiv təzahürlərindən çox danışmaq, onları bəyənmək və ya bəyənməmək olar. Amma belə müzakirələr artıq heç nəyi dəyişmir. Sabiq prezident, hazırda özünü ölkə müxalifətinin faktiki lideri hesab edən Levon Ter-Petrosyanın yaranmış situasiyadan yararlanaraq prezident Serj Sarkisyanla görüşməsi, bağlı qapılar arxasında müzakirələr aparması, sonra bu müzakirələrin məzmunu barədə xalqa heç nə deməməsi, axırda da Dağlıq Qarabağa yollanaraq orada Bako Saakyanla görüşməsi və ən başlıcası, “Dağlıq Qarabağ məsələsi ilə bağlı hakimiyyətin tutduğu mövqeni bəyənirəm” deməsi sensasiya sayıla bilərdi, amma belə deyil. Çünki Ter-Petrosyan situsiyadan sui-istifadə edir, parlament seçkilərində pressinq altına düşməmək, mandatlar almaq üçün Sarkisyanın şərtlərini qəbul edib, kuluar sövdələşmələrə gedib.

Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryan indi Dağlıq Qarabağ prosesindədirlər. Ter-Petrosyan bilavasitə prosesə qatılıb, Köçəryan isə prosesdə sabiq xarici işlər naziri Vardan Oskanyan vasitəsi ilə iştirak edir.

Hazırda Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı “qapalı klub” var. Bu klubda Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanla yanaşı, Vardan Oskanyan və Ter-Petrosyanın zamanında XİN başçısı funksiyalarını icra etmiş sabiq müşavir Jirayr Liparityan da var.

Ermənistanın daxili siyasət həyatında Dağlıq Qarabağla bağlı “qapalı klub”un fəallaşması bütün siyasi proseslərin məntiqini dəyişir. Yəni proseslər artıq başqa, fərqli formata keçib.

Daxili siyasi həyatın digər subyektləri dilemma qarşısında qalıblar: onlar ya “qapalı klub”un bu və ya digər nümayəndəsinin planlarının çərçivəsində hərəkət etməli, ya da həmin klubla rəqabət apara biləcək müvafiq prosesi formalaşdırmalı, onu indiki situsiyaya uyğunlaşdırmalıdırlar”.

Erməni publisist Musa Mikaelyan “Hamımız bilirik ki, onlar nə edirlər” yazısında bildirir ki, Ermənistan hakimiyyəti faktiki məğlubiyyətini etiraf edə bilmir və bunu da istəmir. Levon Ter-Petrosyanın Dağlıq Qarabağ səfərini “ermənilərin gələcəyinin satışa çıxarılması” sayan müəllif yazıb: “Bu görüşlərdə və danışıqlarda xalqın mənafeləri yox, Serj Sarkisyanla Levon Ter-Petrosyanın merkantil maraqları təmin olunub. Müzakirələr barədə təfərrüatlı məlumatların verilməməsi, hər şeyin sirr kimi saxlanması da bununla bağlıdır. Hakimiyyətin addımlarını və mövqelərini məxfi saxlaması bütün ermənilər üçün təhlükədir. Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı hökumətdə müzakirələrin başlayacağını bəyan edən Serj Sarkisyan iqtidarı Bakının “belə tanınma Minsk Qrupunun danışıqlar prosesindən kənarlaşdırılması və müharibənin başlanması olacaq” bəyanatından sonra dərhal geri çəkildi, Şavarş Köçəryan “müzakirələr hələ tanınma deyil” söylədi.

Biabırçılıq, rəzillikdir. Onlar deyirlər: “Biz bilirik ki, nə edirik”. Hamımız bilirik ki, onlar nə edirlər. Onlar öz maraqları üçün Ermənistanın mənafelərini, ermənilərin maraqlarını hərraca çıxarıblar”.(milli.az)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Rusiya Türkiyə ilə sərhədə daha bir diviziya yerləşdirir

%d bloqqer bunu bəyənir: