Now Reading:
Sarkisyanın müavinini Belçikada döydülər
Full Article 40 second read

Sarkisyanın müavinini Belçikada döydülər



Belçikada naməlum şəxslər Ermənistanın hakim Respublika partiyasının sədr müavini (sədr prezident Serj Sarkisyandır-red.), sabiq elm və təhsil naziri Armen Aşotyana hücum edərək döyüblər.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bu barədə o öz facebook səhifəsində yazıb.

“Bax, indi yaza bilərəm. Belçikanın Lyoven şəhərində olduğum son gecə, mehmanxananın girişində hücuma məruz qaldım. Belçika polisi bu işi icraata götürdü”, – deyə A.Aşotyan qeyd edib.

Onun sözlərinə görə, yaxınları narahat olmasınlar deyə, bu barədə Ermənistana qayıdana qədər heç kimə məlumat verməyib.

“Xoşbəxtlikdən daha ciddi fiziki xəsarət almaqdan qurtuldum. Baxmayaraq ki, axırıncı cərrahi əməliyyatdan sonra qoltuq ağacından istifadə edir və güclə gəzirdim”, – deyə Aşotyan vurğulayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: