Sarkisyan Xüsusi Təyinatlıların polkovnik-leytenantını da həbs etdirdi

Ermənistan ordusunun daha bir yüksək rütbəli zabiti həbs edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan öz “facebook” səhifəsində yazıb.

O bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Xüsusi Təyinatlı Qüvvələrin əməkdaşı polkovnik-leytenantı həbs edilib.

Ovannisyan həbs olunan hərbçinin adını qeyd etməyib. O, yazıb ki, həbs barədə əlavə məlumat veriləcək.

24saat.org xatırladır ki, aprelin əvvəlindəki 4 günlük müharibədən sonra prezident Serj Sarkisyan Ermənistan Müdafiə Nazirliyində bir neçə yüksək rütbəli hərbçini işdən çıxarıb və həbs etdirib. Vəzifədən xaric edilənlər və həbs olunanlar arasında generallar da yer alır.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Səudiyyə neftin hasilatını əvvəl qaldırmaq, sonra dondurmaq istəyir

%d bloqqer bunu bəyənir: