Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sarkisyan üç generala daha yüksək vəzifə verdi

Ermənistan Silahlı Qüvvələri 2-ci ordu korpusunun komandiri, general-mayor Poqos Poqosyan Müdafiə Nazirliyi Silahlanma İdarəsinin rəisi təyin olunub.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, prezident Serj Sarkisyan bu barədə müvafiq sərəncam imzalayıb.

S.Sarkisyanın başqa bir sərəncamı ilə 3-cü ordu korpusunun komandiri, general-mayor Onik Qasparyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin olunub.

Ermənistan prezidenti 4-cü ordu korpusunun komandiri, general-mayor Andranik Markaryanın da yerini dəyişib. Bundan sonra o, Ermənistan-Rusiya Birləşmiş Hərbi Qrupuna komandanlıq edəcək.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bu gün Varşavada NATO sammiti başlayır

%d bloqqer bunu bəyənir: