Loading...
Loading...
qarabaq.jpg

Sarkisyan Türkiyənin Qarabağ şərtini açıqladı: "5 rayon və…"

“Azərbaycan və Türkiyə Rusiya ilə yaranmış münasibətlərdən Qarabağın qaytarılması üçün istifadə edəcək”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.
Onun sözlərinə görə, Türkiyə ilkin mərhələdə beş rayonun qaytarılması şərtini irəli sürür.
“Hətta türklər rusların bu şərtlə razılaşdığını da deyirlər. Bu proseslər fonunda Azərbaycan prezidentinin Qarabağa muxtariyyət verə biləcəkləri haqda açıqlaması da təsadüfi deyil. Bakı son şərtlərini açıqlayır. Türkiyə-Rusiya münasibətləri pis olan dövrlərdə, Bakının mövqeləri zəif görünürdü. Lakin nə vaxt ki, bu münasibətlər düzəldi, Bakının əli gücləndi. Azərbaycan Rusiyaya öz şərtlərini Türkiyə vasitəsilə çatdırır. Bu siyasi manevrlərdir. Çünki belə olan halda Rusiyanın razılaşacağı ehtimalı böyükdür. Hətta mən deyərdim ki, Rusiya ərazilərin qaytarılması məsələsi ilə razılaşıb”, – deyə o bildirib.
Qeyd edək ki, M.Sarkisyan bundan öncə verdiyi açıqlamasında Rusiya və Türkiyə arasında konkret razılaşmanın olduğunu da bildirmişdi.
“Ankara 5 rayonun Azərbaycana qaytarılması təklifini irəli sürüb. Moskva da bunu qəbul edib. Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini səsləndirib. Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə razılaşıb”, – deyə erməni politoloq qeyd etmişdi.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycan kəşfiyyatçıları NATO ilə təlimlər keçirir – FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: