Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sarkisyan qohumlarını həbsə atır

Bu gün İrəvanda həbs edilmiş bir sıra yüksək çinli hərbçilərin içində Ermənistan prezidenti Serj Sarkisyanın yaxın adamları da var.

ANS PRESS-in məlumatına görə, bunların arasında Ermənistan silahlı qüvvələrinin keçmiş silahlanma rəisi, general Mels Çilinqaryan xüsusilə seçilir. Dağlıq Qarabağın Vəng kəndində anadan olmuş general Çilinqaryan həmişə nəsil ağacına görə Serj Sarkisyanla qohum olduğunu bildirib.

Serj Sarkisyanın qohumu, Kalifoniya Universitetinin professoru Edvard Sarkisyanın araşdırmalarına əsaslanan Mels Çilinqaryan 2011-ci ildə verdiyi əcdadlarının əfsanəvi komandir Vardan Mamikonyanın törəməsi olduğunu, 1701-ci ildə Türkiyənin Muş şəhərindən Zəngəzura gələrək Serj Sarkisyanın vətəni Xndzoresk kəndinə yerləşdiklərini bildirib. Onun sözlərinə görə, Çilinqayan soyadı ilə yanaşı Mkrtçyan, Petrosyan, Sarqsyan soyadı daşıyan mamkonyanlar Ermənistanda və Qarabağda bir çox kəndlərin əsasını qoyublar.

Yəni Mels Çilinqaryan indiki prezident Serj Sarkisyanın, onu əhatə edən «Qarabağ» klanı təmsilçilərinin Ermənistandakı hakimiyyətinin tarixi kökləri olduğunu vurğulayır. Düzdür, bu məsələdə arzu olunmayan fakt da var – Mamikonyanların babaları Bakur və Mamkun Çindən İrana gəlmiş, oradan isə Ermənistan hakim kimi göndərilmiş türklərdir. Bu soyun azərbaycanlı təmsilçiləri – cinli tayfası Qarabağda və Borçalıda yaşayır, 1988-ci ilə kimi isə Göyçədə də yaşıyıblar. Gürcü şairi Surxan Saba Orbeliani, erməni mənşəli sovet akademiki İrakli Orbeli bu nəsildəndir. Amma bu faktlar vəziyyəti dəyişmir. Hər halda, erməni xalqı xristianlığı qəbul edəndən mamikonyanlar tərəfindən idarə edilir.

Bir il öncə Mels Milinqaryan (sağdan birinci) təriblənmişdi

Amma butun bu, xidmətlərinə baxmayaraq, Serj Sarksiyan Qarabağ klanının bu önəmli fiquru işdən çıxarılandan sonra həbs edilib. Qarabağ klanının digər önəmli fiquru, Serj Sarkisyanın yaxın dostu general Alik Mirzabekyanın işdən çıxarılması və s.-dən sonra düşünmək olar ki, artıq «Qarabağ» klanı hakimiyyətdən getməyə hazırlaşır. Yəni Serj Sarkisyan hakimiyyəti İrəvan ermənilərinə, məsələn baş nazir Ovik Abramyana təhvil verərək siyasi səhnəni tərk edəcək. Yəni Ermənistan siyasətində oyun qaydaları dəyişir və ərazinin 20 faizi işğal altında olan Azərbaycan bu qaydalara hazır olmalıdır.

Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov ANS PRESS-ə müsahibəsində bu fikrlərlə razılaşmır: “Serj Sarkisyan «Qarabağ» klanının hakimiyyətdən getməsi ilə heç razılaşmaz. Bu, Ermənistanda dövlət qulluqçularının yarıdan çoxunun işsiz qalması demək olardı. Həm də yerli ermənilər hakimiyyətə gəlsələr Serj Sarkisyandan intiqam almağa çalışarlar. Hər halda, «Qarabağ» klanı hakimiyyətə gəlmək və əldə saxlamaq üçün bir neçə dəfə İrəvan ermənilərinin qanını töküblər”.

Fikrət Sadıqov - Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq

Fikrət Sadıqovun fikrincə, general Mels Çilinqaryan və digər qarabağlı generalların həbs edilməsi Serj Sarkisyan tərəfindən düşünülmüşt oyundur: “O, aprel döyüşlərinə görə əslən Qarabağdan olan generalları cəzalandırmaqla yerli erməniləri sakitləşdirməyə çalışır. Onların yerinə yeni vəziyyətdə işləməyi bacaran yeni kadrlar gətirir. Amma bu, o demək deyil ki, yerini yerli ermənilərin güclü kadrına – Ovik Abramyana və ya Stepan Demirçyana verəcək. Yox, o, yerini «Qarabağ» klanının elə də populyar olmayan zəif bir üzvünə ötürəcək”.

Nə isə, İrəvanda baş verəcəkləri 2018-ci ildə keçiriləcək prezident seçkiləri göstərəcək. Amma istənilən halda Azərbaycan hər iki ssenariyə hazır olmalıdır. Azərbaycan siyasətinin əsasında Qarağaın hər yolu ilə geri qaytarılması dayanmalıdır. Çünki hər iki qruplaşma işğal edilmiş torpaqların dinc yolla geri qaytarmlası varinatını ağlına belə gətirmir.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Ermənistanda saxlanılan general və iki polkovniki 8 ilədək həbs cəzası gözləyir

%d bloqqer bunu bəyənir: