Advertisements
24 saat

Sarkisyan Ohanyana yeni müavin təyin etdi


Ermənistan prezidenti Serj Sarkisyan müdafiə nazirinə yeni müavin təyin edib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu vəzifəyə general David Paxçanyan təyin olunub.

Qeyd edək ki, cəbhə bölgəsində aprelin əvvəlində yaranan gərginlikdən sonra Serj Sarkisyan 3 generalın işdən azad edilməsi ilə bağlı sərəncam verib. Bunlar müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyandır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: