Loading...
Loading...

Sarkisyan İlham Əliyevlə görüşdən sonra təmas xəttinə gəldi

Ermənistan prezidenti Serj Sarkisyan qoşunların təmas xəttinə olub.

ANS PRESS-in məlumatına görə, Sarkisyanın təmas xəttinin hansı istiqamətində olduğu açıqlanmır. Qondarma Qarabağ erməni rejiminin təmsilçisi David Babayan deyib ki, Sarkisyan sabah da bəzi tədbirlərdə iştirak edəcək.

Babayan bu səfərin prezidentlərin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı olmadığını, “ümumi xarakter daşıdığını” deyib.

Sarkisyan cəbhə xəttində olarkən onu çox sayda hərbçi müşaiyət edib.

Serj Sarkisyanı müşaiyət edən həbçilər

Serj Sarkisyanı müşaiyət edən həbçilər

14:58 / Serj Sarkisyan Azərbaycanda

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın beynəlxalq səviyyədə tanınan və ermənilər tərəfindən işğal altında olan ərazisi olan Dağlıq Qarabağa səfər edib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, erməni prezidentin səfəri bu gün başlayıb. O, artıq Xankəndidədir.

Sarkisyan tanınmayan separatçı rejimin rəhbərliyi ilə görüşəcək və işğal altındakı ərazilərin rayonlarına baş çəkəcək.

Bu həftənin birinci günü – iyunun 20-də Rusiyanın şimal paytaxtı hesab edilən Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın görüşü zamanı münaqişə zonasında ATƏT müşahidəçilərinin sayını artırmaq müzakirə edilib.

Bu gün isə rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə açıqlamasında deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.

“Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Şuşa” batalyonunun erməni komandirinə hökm oxunub

Loading...
%d bloqqer bunu bəyənir: