Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sarkisyan Ermənistan XİN rəhbərliyini dəyişməyə çalışır

Ermənistan prezidenti Serj Sarkisyan hökumətdə ciddi kadr dəyişiklikləri etməyə hazırlaşır.

Bu barədə erməni qəzeti “Qarapark” məlumat yayıb.
Nəşr qeyd edir ki, Sarkisyan xarici siyasət sahəsini administarsiyanın rəhbəri Vigen Saqsyana etibar etməyi qərara alıb. Onun XİN rəhbəri postuna təyinatı haqında çoxdan söhbət gəzir. Bununla əlaqədar Edvard Nalbandyan Ermənistanın Monokadakı səfiri Viqent Çiteçyanı postunda əvəz edəcək.
“Ermənistan prezidenti aparatının rəhbəri vəzifəsinə əlimizdə olan məlumata görə, hazırkı MTX katibi Armen Qevorqyan təyin ediləcək. O, uzun illər Ropert Koçaryanın hakimiyyəti dövründə prezident aparatının rəhbəri olub. Belə olan halda MTX prezident aparatının tərkibinə daxil olacaq və əvvəlki konfiqurasiya bərpa ediləcək. Armen Qevorqyan isə aparat rəhbəri və MTX katibi vəzifələrini icra edəcək”, – qəzet yazır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Poroşenko Putin ilə danışmaq istəyir

%d bloqqer bunu bəyənir: