Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sarkisyan danışıqlara olan ümidi puç etdi

Azərbaycan torpaqlarını azad etmək üçün növbəti addımlara hazırlaşmalıdırmı?

Gültəkin Hacıbəyli: «Vəziyyətdən çıxış yolu Azərbaycan xalqının toparlanması, millət olaraq ayağa qalxmasındadır»

Irəvanda post-patrul polisi polkunun binasını iki həftədən artıqdır ələ keçirən silahlı terrorçu qrupun üzvlərinin təslim olmasından sonra prezident Serj Sarkisyan ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Sarkisyan ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini prezident iqamətgahına toplayaraq onların qarşısında çıxış edib. həmin çıxışında Sarkisyan bir sıra mühüm bəyanatlar verib. Həmin mühüm bəyanatlardan biri Qarabağ danışıqları ilə bağlıdır.

Sarkisyan Qarabağ məsələsi haqda danışaraqÿ”birtərəfli güzəştlərin olmayacağını” deyib.ÿ”Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün mən nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram” – Sarkisyan deyib.

Beləliklə, Azərbaycan hakimiyyətinin uzun müddətdən bəri apardığı siyasət bununla iflasa uğrayır. Hakimiyyət aprel döyülərindən sonra Ermənistan iqtidarının ciddi güzəştə hazırlaşdığı ilə bağlı təbliğat aparırdı. Amma hazırda cərəyan edən proseslər və Sarkisyanın bəyanatı tam fərqli durum yaradır.

Eyni zamanda hazırkı vəziyyət vaxtı ilə aprel döyüşlərinin davam etdirilməsinin, düşmənin cəbhə boyu geri çəkilməsindən istifadə edilməsinin tərəfdarı olan müxalifətin arqumentlərinin haqlı olduğunu ortaya qoyur. Bəs, hazırkı yaranmış vəziyyət hansı addımların atılmasını diqqtə edir?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Ermənistan zaman keçdikcə nəinki Qarabağdan əl çəkməli olduğunu anlayır, əksinə Ermənistan prezidenti daha sərt bəyanatlar verir. Bunun başa düşülən olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, erməni xalqı bir toplum olaraq öz hüquqları uğrunda mübarizədədir və son zamanlar Yerevanda baş verənlər bu mübarizənin tərkib hissəsidir: “Erməni cəmiyyəti daha firavan həyata qovuşmaq, Rusiyanın təsirindən azad olmaq istəyirlər. Cəmiyyət Rusiyanın Ermənistana gətirdiyi bədbəxtliklərin mahiyyətini anlayıblar. Əlbətdəki Sarkisyanın bir addım da geri çəkilmək şansı yoxdur. Sarkisyanın Qarabağla bağlı zərrə güzəşti onun hakimiyyəti itirməsinə gətirib çıxara bilər. Çünki ortada güclü ictmai rəy var. Digər tərəfdən isə Minsk Qurupu və aparıcı Qərb dövlətləri bunu görür. Anlayırlar ki, Ermənistanı kompromislərə cəlb etmək daha çətindir, nəinki Azərbaycanı. Çünki Azərbaycan siyasi rəhbərliyi xalqı danışıqlar prosesindən təcrid edib. Xalq danışıqlar prosesinin mahiyyəti ilə bağlı heç nə bilmir. Vaxtaşırı olaraq cəmiyyətə ”5 rayon qaytarılırı” tipli dezinformasiyalar ötürülür və bütün bunlar da onunla nəticələnir ki, Qarabağ danışıqlarında Azərbaycanın mövqeləri daha da zəifləyir. Vəziyyətdən çıxış yolu Azərbaycan xalqının toparlanması, millət olaraq ayağa qalxması və özünün Qarabağın gerçək sahibi olmasıyla bağlı mövqeyini bəyan etməsindədir. Nə qədər ki, Azərbaycan xalqı bu mövqeyini ortaya qoymur, insanlar mübarizəyə qalxmır, belə olan halda Azərbaycan siyasi rəhbərliyi də ölkədə yeganə söz sahibi kimi özünü təqdim edir. Belə olan halda təbii ki, təzyiqlər yalnız Azərbaycana olacaq”.

G.Hacıbəyli vurğuladı ki, aprel döyüşləri zamanı Azərbaycanın əlində gözəl bir şans var idi. Aprel hadisələri zamanı qəhrəman əsgərlərimizin canı bahasına ordumuzun xeyli irələdiyini deyən G.Hacıbəyli vurğuladı ki, bunun ardınca isə Rusiyanın təzyiqi ilə Azərbaycan ordusu geri çəkildi: “Bir müddət Azərbaycan cəmiyyətini ”Rusiya Ermənistana təzyiq edir” bəyanatları ilə aldatdılar. Halbuki bu nağılların özü də Azərbaycan üçün təhlükəlidir. Çünki beş rayonun qaytarılması müqaibilində Laçın, Kəlbəcərin itirilməsi Azərbaycan xalqının heç zaman qəbul etməyəcəyi faciə olardı. Amma heç buna da Ermənistan rəhbərliyi razı deyil. Çünki Ermənistan siyasi rəhbərliyinə təsir edən, daim meydanlarda olan xalq var. Bizdə isə hələlik təəssüflər olsun ki, hakimiyyət xalqın Qarabağ sevgisi ilə manipulyasiya etməyi bacarır”.

G.Hacıbəyli oun da bildirdi ki, Sarkisyanın bəyanatı bir daha onu təsdiq edir ki, bundan sonra “Rusiya Ermənistana təzyiq edir” şüarları ilə aldatmaq çox təhlükəlidir. Rusiyanın Ermənistana heç bir təyziq etmək niyyəti yoxdur, heç erməni xalqı bu təzyiqi qəbul da etməyəcək.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

İki idarə ləğv edildi

%d bloqqer bunu bəyənir: