Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sarkisyan da Ərdoğana başsağlığı verdi

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib.

Virtualaz.org bildirir ki, bu barədə Novosti-Armeniya məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistan prezidenti İstanbul aeroportunda onlarla insanın həlak olması və yüzlərlə adamın yaralanması ilə nəticələnən bu terror aktını pisləyib, Ərdoğana və həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, yaralılıarın tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, son məlumata əsasən, iyunun 28-də Atatürk aeroportunda baş verən terror aktı nəticəsində 42 nəfər həlak olub, 240 nəfər isə yaralanıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib

%d bloqqer bunu bəyənir: