Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sarkisyan: Biz münaqişənin sülh yolu həllini axtarmaqda davam edəcəyik

Ermənistan prezidenti Astanda bəyanatla çıxış edib.

Ermənistan Qarabağ üzrə Vyana danışıqlarında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə ardıcıl işləmək niyyətindədir.

Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Astanda Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibli iclasında deyib.

“Vyanada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə görüş keçirildi. Bu görüşdə etimad tədbirlərinin yaradılmasına dair razılıq əldə olunub – təmas xəttində monitorinqlərin keçirilməsinin mexanizmi və ATƏT-in araşdırıcı mexanizmləri.

Ermənistan bu razılaşmaların həyata keçirilməsi üzrə ardıcıl işləmək niyyətindədir və münaqişənin sülh yolu həllini axtarmaqda davam edəcək”, – Sarkisyanın sözlərinin onun mətbuat xidməti sitat gətirir. (oxu.az)

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Bakıdakı yarımçıq qalan “Trump Tower” müəmması – Anar Məmmədov yoxa çıxıb

%d bloqqer bunu bəyənir: