Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
sarkisyan

Sarkisyan Azərbaycanı hədələdi – “Bakıya elə sarsıdıcı zərbə endirərik ki…”

Bizim Bakını tutmaq və kapitulyasiyaya məcbur etmək kimi strateji məqsədimiz yoxdur, amma sarsılmaz zərbə endirə endirə bilərik”. Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublikaçılar partıyasının bu gün keçirilən 16-cı qurultayında deyib.
Ermənistan mətbuatının məlumatına görə, Sarkisyan deyib ki, hərbi əməliyyatların bərpasına Ermənistanın ehtiyacı yoxdur: “Münaqişə yalnız sülh yolu ilə həll oluna bilər”.
“Aprel ayında bizim ordumuz onun qarşısında duran vəzifəni yerinə yerinə yetirə bildi, amma Azərbaycan ordusu, aqresiya nümayiş etdirsə də, qarşısına qoyduğu məqsədə çata bilmədi”, – Sarkisyan deyib.
“Biz silahlanma yarışına girmək fikrində deyilik, bunun mənası yoxdur. Bizim silahlı qüvvələrimizin qarşısında qoyulan vəzifələr aydındır və bu vəzifələri yerinə yetirmək üçün kifayət qədər resursumuz var”, – Sarkisyan deyib.
Bu çıxışdan sonra partiyanın rəhbərliyinə seçkilər keçirilib, Sarkisyan yenidən Respublikaçılar partiyasının sədri seçilib. /azerbaycan24 saat/

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

İlham Əliyev köməkçisini ordenlə təltif etdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: