Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sarkisyan ATƏT MQ həmsədrlərinə Sank-Peterburqdakı görüşlərindən danışıb

Ermənistan prezidenti Serj Sarkisyan Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, bunu Ermənistan dövlət başçısının mətbuat xidməti bildirib.

«Sarkisyan ATƏT MQ həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşiklə görüşüb. Ermənistan prezidenti onları Sankt-Peterburqda keçirilmiş görüşlər barədə təəssüratları haqda məlumatlandırıb», – məlumatda deyilir.

Bu gün keçirilmiş görüşlərdə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan həlli Qarabağ münaqişəsinin tənzimlənməsində tərəqqiyə gətirib çıxarmağa imkan verəcək bir sıra məsələ üzrə razılığın əldə olunduğunu bildiriblər.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Ermənistan XİN: “Görüş uğurlu oldu”

%d bloqqer bunu bəyənir: