Advertisements
24 saat

Sarkisyan “Aprel müharibəsi”nin dayandırılmasına görə Con Kerriyə təşəkkür etdi


NATO-nun Sammitində iştirak etmək üçün Polşada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.


24saat.org saytı “News.am”a istinadən xıəbər verir ki, əvvəlcə Dallasda törədilən qətliamla əlaqədar Con Kerriyə başsağlığı verən Sarkisyan daha sonra ABŞ-ın dövlət katibi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.

Serj Sarksiyan Con Kerriyə “Aprel müharibəsi”nin dayandırılması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

Onlar Rusiya və ABŞ prezidentləri Putinlə Obama arasında olan sonuncu telefon danışığını da müzakirə ediblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: