Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Sanders:”Trump heç vaxt qalib gəlməyəcək”

“Respublikaçı Donald Trump heç vaxt ABŞ prezidenti ola bilməyəcək”.

Bunu Demokrat partiyasından ABŞ prezidentliyinə iddiaçı Bernie Senders aprelin 27-də İndiana ştatında seçkiqabağı kampaniyada deyib.

Mayın 3-də İndianada praymeriz keçiriləcək.

Sanders tərəfdarları qarşısında çıxış edərkən Trumpu ələ salıb: “Amerikalılar heç vaxt Donald Trumpa səs verməyəcək. Çünkü o iqlim dəyişikliyinə inanmır və hesab edir ki, bu qondarma məsələdir və onu çinlilər uydurub. Amma bu məni olduqca çaşdırıb, elə bilirdim o deyəcək ki, bu yalan həyacanı müsəlmanlar və ya meksikalılar uydurub”, deyə o bildirib.

Sander İndiana sakinlərini səsverməyə, “siyasi inqilaba” qoşulmağa çağırıb. O digər 17 ştatda da çıxışında artıq “siyasi inqilab” vaxtı olduğunu deyib.

Aprelin 26-da keçirilən iilkin seçkilərdə 5 ştatdan 4-də partiyadaşı Hillary Clintona uduzan Sanders mübarizəni davam etdirmək əzmindədir.(azdliq.org)

 

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

SpaceX Marsa kosmik gəmi göndərəcək

%d bloqqer bunu bəyənir: