Advertisements
24 saat

“Samsung”dan xəbərdarlıq: “Note 7”-ləri söndürün


“Samsung Electronics” bütün müştərilərinə müraciət edərək “Galaxy Note 7” smartfonlarını söndürməyə çağırıb.

Moderator.az xəbər verir ki, İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Samsung” dünya üzrə bütün tərəfdaşlarını “Galaxy Note 7”-lərin satışını və dəyişdirilməsini dayandırmağı xahiş edib.

ABŞ-da bu smartfonları əldə etmiş bütün alıcılara telefonu söndürmək və bir daha istifadə etməmək tövsiyə olunub. ABŞ-ın istehlakçıların hüquqlarını müdafiə üzrə komissiyası bu qərarın düzgün olduğunu bildirib.

Qeyd edək ki, “Samsung” oktyabrın 10-da “Galaxy Note 7” smartfonlarının istehsalını müvəqqəti dayandırıb. Bu qərar yeni smartfonun Çin vətəndaşının əlində partlamasından sonra qəbul edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: