Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Samir Şərifovun adamı məcburi köçkünü hədələyir

Dövlət başçısı və xanımına növbəti dəfə müraciət edildi

“Prezident Ilham Əliyevə müraciətim dərc olunduqdan sonra Əli Şirinovun adamları zəng vuraraq məni hədələyiblər. Hazırda həyatım təhlükədədir”. Bu sözləri “Azadlıq”a 69 saylı Yol Idarəsinin rəisi Əli Şirinovdan şikayətçi olan Əliheydər Əliyev bildirib.

Qeyd edək ki, qəzetimizin dünənki sayında onun ölkə başçısına müraciəti dərc olunmuşdu. Əliheydər Əliyev bildirirdi ki, Əli Şirinovun ona və bir neçə adama toplam olaraq 385 min manat borcu var. Lakin idarə rəisi borcunu vermək istəyir: “Dərnəgül yolunun çəkilişində Əli Şirinova məxsus Biləsuvar və Qubadakı zavodlardan mal daşıyırdıq. 30-40 maşın idi. Biz pulumuzu hissə-hissə alırdıq. Lakin sonradan Əli Şirinov bildirdi ki, malı ancaq sən daşı. Pulu isə vermədi. Beləliklə, külli miqdarda borc yarandı. Mən ümid edirdim ki, Əli Şirinov pulu verəcək. Ona görə işi davam etdirirdim. Nisyə yanacaq, maşın üçün lazım olan hissələr götürmüşdüm. Amma Əli Şirinov pulu vermədi. Borclu qaldığım adamlar qapıma gəldi. Mən də məcbur qalıb maşını satdım, borcun bir hissəsini verdim.

Əli Şirinov isə pulu vermək istəmir. Mənimlə birgə daha bir neçə nəfər var. Üst-üstə bizə 385 min manat verməlidir. Amma pulu istəyəndə bizi təhqir edir, hədələyir. Oğlu Ismayıl idarə rəisidir. O da bizi hədələyir, yox elətdirəcəyini deyir”.

Əli Şirinov isə “Azadlıq”a açıqlamasında Əliheydər Əliyevin dediklərini təkzib edib. Idarə rəisi bildirib ki, şikayətçi onu şantaj edir. Əli Şirinov bildirib ki, Əliheydər Əliyev barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcək.

Əliheydər Əliyev isə dünən redaksiyamızla əlaqə saxlayaraq ölümlə hədələndiyi üçün növbəti dəfə ölkə başçısı Ilham Əliyevə və xanımı Mehriban Əliyevaya müraciət edib. Bundan başqa Əliheydər Əliyev Əli Şirinovla işlədiyini sübut edən sənədləri – qaimə və fakturaları da redaksiyamıza təqdim edib. Şikayətçi həmçinin bildirib ki, Əli Şirinov məsuliyyəti həmin vaxt “Azəryolservis”in rəhbəri olmuş, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olan Cavid Qurbanovun üzərinə atır. Əliheydər Əliyev onu da əlavə edib ki, Əli Şirinov maliyyə naziri Samir Şərifova güvənir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Nizaminin heykəlinin yerində şadlıq sarayı

%d bloqqer bunu bəyənir: