Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
107623

Samir Şərifov: Azərbaycanda ehtiyac meyarı artırılacaq

2017-ci ildə ünvanlı sosial yardımın həcminin müəyyən edilməsi üçün ehtiyac meyarının həddinin 10,5% artırılaraq 116 manata çatdırılması planlaşdırılır.

Moderator.az xəbər verir ki, Trend-in məlumatına görə, bu sözləri Milli Məclisdə 2017-ci və növbəti 3 il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, ehtiyac meyarının artırılması bir sıra kommunal xidmət tariflərinin artması ilə bağlıdır. 2016-cı ildə ehtiyac meyarı 105 manat təşkil edib.
Qeyd edək ki, büdcə zərfi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Milli Məclisin yeni cərimə layihəsi sahibkarları şoka saldı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: