Now Reading:
Samir Şərifova yeni müavin təyin olundu
Full Article 50 second read

Samir Şərifova yeni müavin təyin olundu



Azərbaycan maliyyə nazirinin yeni müavini təyin olunub.

Virtualaz.org Maliyyə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan maliyyə nazirinin müavini təyin olunub.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, Emin Hüseynov 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsillidir. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə fərqlənmə ilə bitirib. 1996-1998-ci illərdə ABŞ-ın Florida Ştatı Universitetinin magsitraturasını (iqtisadiyyat üzrə) bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildən Dünya Bankının ölkə ofisində iqtisadçı vəzifəsilə başlayıb. 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Bakıdakı Daimi Nümayəndəliyində iqtisadçı vəzifəsində çalışıb.

2003-2005-ci illərdə yenidən Dünya Bankının Bakıdakı ofisində iqtisadçı vəzifəsində işləyib.

2005-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və statistika departamentinin direktoru vəzifəsinə təyin olunub.

2009-cu ildə Harvard Universitetinin ictimai idarəetmə üzrə magistraturasını bitirib. 2010-cu ilin fevral ayında Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru – Baş direktoru vəzifəsinə təyin edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: