Samir Şərifov Fazil Məmmədovu oliqarxlarla üz-üzə qoyur – TƏHLİL

Fazil Məmmədov böyük güclərlə üz-üzə

Vergilər naziri Fazil Məmmədov üçün 2017-ci il çox çətin olacaq.

Vergilər Nazirliyinin növbəti il üçün öhdəliyinin artırılması bu qənaəti yaradır. Məlumat üçün deyək ki, nazirliyin 2017-ci il üçün nəzərdə tutulan öhdəliyi 7 milyard 200 milyondur. Bu, ötənilki öhdəlikdən 1 milyard 200 milyon çoxdur. Maliyyə böhranı üzündən Vergilər Nazirliyi 2016-cı il üçün nəzərdə tutulan öhdəliyi çox çətinliklə yerinə yetirib. Bunun müqabilində Fazil Məmmədov iri şirkətlərlə üz-üzə gəlməli olub.
Böyük ehtimalla 2017-ci ildə nazir öhdəliyi yerinə yetirmək üçün daha böyük güclərlə üz-üzə gəlməli olacaq. Böhrandan əvvəl hakimiyyətdəki iri çəkili oliqarxların nəzarətində olan şirkət və xidmət sahələrinin vergi problemi yox idi. Ən yaxşı halda ikili müsahibatla problem həllini tapırdı. Amma indi vəziyyət başqadır. 2017-ci ildə böhranın daha da dərinləşəcəyi barədə proqnozlar səsləndirilir. Müşahidələr bu proqnozların əsassız olmadığını söyləməyə imkan verir. Deməli, Fazil Məmmədov bütün gücünü toplayıb iri oliqarxların nəzarətində olan şirkət və xidmət sahələrinə də “əl gəzdirməli” olacaq. Bu isə təbii ki, həmin oliqarxlar tərəfindən o qədər də xoş qarşılanmayacaq və mümkündür ki, vergilər nazirinə qarşı əks-hücumlar təşkil edilsin.
Bəzi media orqanlarının yaydığı məlumatda iddia olunur ki, Vergilər Nazirliyinin öhdəliyinin artırılması maliyyə naziri Samir Şərifovun ideyasıdır. Bildirilir ki, maliyyə naziri bununla Fazil Məmmədovu çətin vəziyyətə salmaq niyyətindədir. Səbəb isə Vergilər Nazirliyini nəzarətə götürmək istəyidir. Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma Fazil Məmmədovu 2017-ci ildə böyük toqquşmaların gözlədiyi real görünür.

24saat.org

24saat.org
Loading...

Mehman Hüseynov AZADLIQDA! – FOTOLAR

Sonrakı Yazı »

Qüdsdə İsrailin AZAN qadağasına etiraz olaraq kilsədən AZAN OXUNDU

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: