Samir Şərifov Elmin İnkişafı Fonduna pul ayrılmasının əleyhinədir


“Elmin İnkişafı Fondunda elm sahəsinə ayrılacaq iki illik vəsait toplanaraq qalıb”.

Bunu maliyyə naziri Samir Şərifov 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinimüzakirəsi zamanı deyib.

Nazir bildirib ki, elm və təhsilə ayrılan vəsaitlər müəyyən qədər azalıb və bunu etiraf edir.

“Bunun isə səbəbi var. Elmin inkişafı ilə bağlı Elmin İnkişafı Fondu yaradılıb və elm sahəsinə bu fonda kifayətə qədər vəsait ayrılır. Ancaq bu Fonda ayrılan vəsait istifadə olunmadan ildən-ilə qalır. Hazırda Fondda qalan maliyyə vəsaiti yetərincə yüksəkdir.

İki il elm sahəsinə vəsait ayrılmasa belə, bu təşkilatdakı maliyyə vəsaiti yetər. Belə olan halda, əlavə vəsaitin ayrılmasına nə ehtiyac var?!”– deyə, nazir bildirib.

S.Şərifov büdcədə sanksiyalarla bağlı iradlara mövqeyini açıqlayaraq bildirib ki, bunlar vergi təşkilatları və hüquq-mühafizə orqanları tərəfindən verildiyindən, olduğu kimi də büdcəyə salınır:

“Bunun da səbəbi onunla bağlıdır ki, əgər sanksiyalar məsələsi büdcədə nəzərə alınmasa, o zaman toplanan sanksiyalardan aidiyyatı dövlət qurumları istifadə edə bilməyəcək. Bu baxımdan da, biz onu büdcəyə salırıq”.

azadliq.info

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Ərdoğan Putinə izahat verdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: