Loading...
Loading...

Samirəyə dövlət qurumunda vəzifə verildi

Tanınmış telejurnalist Samirə Mustafayeva ANS TV-yə keçməsi ilə bağlı yayılan xəbərləri yalanlayıb.

ATV-nin keçmiş aparıcısı azvision.az-a açıqlamasında başqa bir telekanala keçmək fikrində olmadığını deyib. Telejurnalist bundan sonra fəaliyyətini dövlət qurumunda davam etdirəcəyini deyib.

“Mən dövlət qurumlarının birində vəzifə almışam. Sentyabrda vəzifəm təsdiqlənəcək. Hələlik işə hazırlaşıram”. Jurnalist hansı dövlət qurumuna işə düzəlməsi ilə bağlı suala cavab vermək istəmədiyini deyib: “İşə başlayanda bu barədə açıqlama verəcəyəm”.

S.Mustafayeva ATV-dən ayrılmasının Vaqif Mustafayevlə boşanması ilə əlaqələndirilməsinə də münasibət bildirib. “Bu məlumatların heç bir əlaqəsi yoxdur. Mən, sadəcə, işimi dəyişmişəm. İnsanlar şayiə yayıb, danışmağı üstün tuturlar. Reallığa baxmaq lazımdır”.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Gəncə: rəis insulin “bazarı” açıb

Loading...
%d bloqqer bunu bəyənir: