Now Reading:
“Samirə deyəsən çaşıb, mənim necə kişi olduğumu Samirə qəşəng bilir” – Manaf coşdu
Full Article 50 second read

“Samirə deyəsən çaşıb, mənim necə kişi olduğumu Samirə qəşəng bilir” – Manaf coşdu



Meyxanaçı Samirə Yusifqızının müğənni Manaf Ağayev haqqında söylədiyi fikirlər şou aləminin gündəminə bomba kimi düşüb.

Publika.az-a açıqlama verən Manaf Ağayev eşitdiklərindən şok olub:

“Nə? Nə deyib? Samirə mənim barəmdə həyatı boyu belə söz deyə bilməz. Deyibsə, ayıb olsun ona. Mən saçıma rəng qoyuram, bunu gizlətmirəm də. Efirdə də demişəm ki, saçım tam ağarmayıb, amma rəng qoyuram. Qaldı ki, botoks söhbətinə, o deyəsən çaşıb. Mənim necə kişi olduğumu Samirə qəşəng bilir. Elə belə də yaz. Gəlsin yoxlasın sifətimi, görsün özümündür, yoxsa, botoksdur? Mən özünü tanıyan kişilərdənəm e, o deyəsən qarışdırır”.
Qeyd edək ki, meyxanaçı Samirə Simsar-az saytına müsahibəsində belə deyib. Eyni zamanda, M.Ağayevin telefonunda olan keçmiş fotosunu göstərib:
“Bu sənət cavanlığı sevir. Baxın, 1997-ci il Manaf Ağayevin saçları ağappaqdır. Nəinki saçını rəngləyir, botoksu, mezosu da var. Şəkillərinə baxın da”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: