Loading...
Loading...

Şamaxıda PADAR MAFİYASI iş başında

padarŞamaxının bir qrup ağsaqqal ziyalıları adından Vertikal.az-a daxil olan müraciətdə deyilir:

“Hörmətli Redaksiya! Biz , Şamaxı ağsaqqalları,ziyalıları və Qarabağ əlilləri adından Sizə müraciət etməyə vadar edən bir çox məsələlər vardır ki,bunları Sizin nəzərinizə çatdırırıq.Ağsaqqal sözünə ,ağsaqqal məsləhətinə həmişə ehtiyac olub,indi də var,gələcəkdədə olacaq.Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və onun 1-ci müavini Qasım Qasımov rayon ağsaqqalarını qəbul etmirlər,onların toplantılarını təşkil etmirlər,yerli torpaq və iqlim şəraitinə yaxşı bələd olan insanlar kimi onların məsləhətlərğini dinləmirlər.

1)Ağsaqqallar şurasının sədrini və tərkibini toplantı keçirmədən saxta protokol tərtib edərək kabinetlərində təyin etmişlər.

2)Qasım Qasımovun rəhbərliyi altında Şamaxıda tayfabazlıq,qohumbazlıq hökm sürür.İşçilər savadına,bacarığına görə deyil məhz “Padar” olduğuna görə vəzifəyə təyin edirlər.Quşçu və Göylər kəndlərinin əhalisi padarlardan 10 dəfə çox olmasına baxmayaraq bu kəndlərin savadlı gənclərindən 1 nəfər də olsun rəhbər vəzifələrdə yoxdur.Bu Qasım Qasımovun devizidir: Padar deyilsənsə sənə iş yoxdur. Aşağıda qeyd olunmuş kadrların hamısı Qasım Qasımovun kadrlarıdır.

1.İcra başçısının 1-ci müavini -Qasım Qasımov – Padar

2.İcra başçısının təhsil,səhiyyə üzrə müavini -Gülnisə Ələkbərova –Padar

3.İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri-Nəsimi Manafov- Padar

4.İH-nin Multikulturalizm üzrə müdür müvini-İsmayıl Manafov –Padar

5.İH-nin Şəhər üzrə nümayəndəsi-Şahnəzər Qasımov –Padar

6.Rayon Təhsil şöbəsinin müdiri-Eyvaz Eminalıyev –Padar

7.Təhsil şöbəsinin müdir müavini-Baba Nəsirov-Padar

8.Rayon DSMF-nin sədri- Cəfərqulu Səlimov-Padar

9.Rayon Su-Kanal idarəsinin rəisi -Eldəniz Şeydayev-Padar

10.Rayon mərkəzi bazarın müdiri –Mikayıl Mikayılov-Padar

Quşçu və Göylər kəndlərindən 1 nəfər də olsun vəzifədə təmsil olunmurlar.

Bu tendensiya isə çox təhlükəlidir və təhlükəli həddə çatmışdır.

3)Qasım Qasımov 20 il bundan qabaqki, illərin qisasını alır.O,1995-ci ildə deputatlığa namizədliyini irəli sürmüşdür.Həmin illərdə o,müxalifətdə idi,dövlətə qarşı nümayişlər təşkil edərkən ,dövlətin keşiyində duran insanlar onu o yoldan çəkindirməkdən ötrü onun dövlət əleyhinə olan nümayşlərinə etiraz etmişlər. İndi isə hal hazırki, vəzifəsindən sui istifadə edərək o vaxt iqtidarda olanlardan indi qisas alır.Müxtəlif bəhanələrlə onlara töhmət yazdırır,işdən azad etdirir və sayrə.Bu şəxslər dövlətçiliyi qoruyaraq 1995-ci ildə Qasım Qasımova qarşı hətta fiziki müqavimət göstərmişlər.

4)Qasım Qasımov müxalifətdə olduğu 1995-1996-cı illərdə ADSP-nin təsis etdiyi “Günay” qəzetinin redaktoru idi.Qəzet vasitəsi ilə Ulu Öndərimizin karikaturasını çəkmiş,onu təhqir etmişdir.Arxivdən həmin qəzetləri tapmaq mümkündür.Həmin illərdə ona qoşulmayan insanlardan indi intiqam alır.

5)Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin rayonda başçı olub olmadığı hiss olunmur.O,gündə 7 saat kabinetdə oturmaqla gününü keçirir .Küçələr,səkilər dagılıb gedir.İnsanlarda çox böyük ruh düşgünlüyü yaranmışdır.Hətta şəhərin mərkəzi sayılan Şirvan klubu və onun qarşısı biabırçı vəziyyətdədir.Həmişə yaşıl ağaclar vəhşicəsinə kəsilir,heç kimsə dillənmir.Çünki rayonda anarxiyadır.

6)Asif Ağayev rayonda İcra Hakimiyyətinin başçısı olduğu 3 il ərzində heç-bir iş görməyib .Dövlət büdcəsindən abadlıq üçün ayırılmış pullar hara sərf olunub bilinmir.Komissiya vasitəsi ilə 1 sutka ərzində bu işləri yoxlayıb sonuna çatmaq olar.Yuxarılara ötürülən statistik məlumatlar hamısı yalandır,saxta uydurmadır.

7)Ölkə Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2012-ci il tarixli sərəncamında Respublikada üzümçülüyü inkişaf etdirilməsi göstərilmişdir.Ötən 3 il ərzində Asif Ağayev 3 ədəd üzüm təyinatının əkilməsini təşkil edə bilməmişdir.Hətta buna səy göstərənlərə mane olub.Ölkə Prezidentinin sərəncamının yerinə yetirilməsinə nə ad vermək olar?

8)Qasım Qasımov o qədər azğınlaşıbki,bütün bələdiyyə sədrlərinin səlahiyyətlərini əllərindən alıb,yurd yerlərini,sahibkarlıq fəaliyyəti üçün torpaq sahələrini özü satır.Şamaxı rayonunda mövcud ət dükanlarının hamısı padarların əlindədir.

Hörmətli Redaksiya!Rayonda yol verilmiş neqativ hallar ,hətta cinayətlər bunlarla bitmir.İcra başçısı Asif Ağayevin,onun 1-ci müavini Qasım Qasımovun və digər müavini Ağamustafa Vahidovun qapılarına qədər küçə asfaltlaşdırılıb.Qalan küçələr bərbad vəziyyətdədir.Rayon rəhbəri ədalətli olmalı,ədalətli qərarlar qəbul etməli və cənab Prezident İlham Əliyevin söylədiyi kimi xalqın xidmətçisi olmalıdır.Şamaxıda isə tamamilə bunun əksinədir.

Çox xahiş edirik Şamaxı ağsaqqalları və ziyalılarının şikayətlərini ölkə başçısına çatdırın.Vəziyyət çox acınacaqlıdır.Artıq insanların səbri tükənib.

Hörmətlə:

  1. Əkbərov Əlistan Hacıbaba oğlu

  2. Hüseynov Misir Ataş oğlu”

Qarşı tərəfin də fikirlərini yaymağa hazırıq…

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Kontakt Home”-un saxta mal fırıldağı – KÜTLƏVİ NARAZILIQ

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: