Loading...

“Şamaxı və Xəzərdə zəlzələ olacaq?”- AÇIQLAMA

“Şamaxı və Xəzər dənizində yeni zəlzələr gözlənilir”.

24saat.org-un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəznində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.

Loading...

O, hazırda seysmik stansiyalarda mövcud gərginliyə görə ŞamaxıXəzər dənizində zəlzələ ola biləcəyini söyləyib:

“Lakin nə vaxt olacaq? Bunu demək mümkün deyil. 2012-ci ildə Zaqatalada baş verən zəlzələdən əvvəl ərazidə gərginlik müşahidə edirdik. Lakin konkret gün və saat demək mümkün deyil”.

Q.Yetirmişli bu ilin 7 ayı ərzində respublika ərazisində qeydə alınan zəlzələlər barədə də məlumat verib. Bildirib ki, bu il avqustun 1-dək respublika ərazisində 4849 təkan olub:

“Təkcə Azərbaycan ətrafında 2300-dən artıq zəlzələ baş verib. Bu vaxta qədər maqnitudu 3 və ondan yüksək olan 57 zəlzələ qeydə alınıb. İlin əvvəlindən 10 hiss olunan zəlzələ baş verib”.

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

“Erməni iti yeni sahib axtarışında…”

%d bloqqer bunu bəyənir: