Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şamaxı rayon icra hakimiyyəti ölkə başçısına kələk gəlib

Vizual.Az-ın araşdırması zamanı məlum olub ki, RİH-nin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında dövlət büdcəsindən rayona ayrılmış vəsait barədə məlumat verilməyib.

Hesabat yığıncağı bu ilin fevralında baş tutub. Yığıncaqda təkcə bir məsələ – 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondun tərəfindən kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 56 sahibkara əvvəlki illərdə verilmiş kreditlərin qayıdışı hesabına 757,5 min manat məbləğində güzəştli kreditlərin verilməsi qeyd olunub.

Rayon sakinlərinin işsizlik problemi, infrastrukturun bərpası, kəndlərdə insanların durumu və başqa vacib məsələlərdən söz açılmayıb.

Analoji hal 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında da təkrarlanıb. Ötən ayın 14-də keçirilən tədbirdə rayon rəhbərliyi qarşıya qoyulmuş məsələlərin həllindən bəhs etməyib.

Qeyd edək ki, icra başçısı Asif Ağayevin büdcə pullarını göyə sovurması, şəxsi məqsədləri üçün istifadə etməsindən çox yazılıb.

Bu yaxınlarda isə başçının Nağaraxana kəndində özünə dəbdəbəli saray tikdirməsi barədə məlumat yayılıb. Prezident İlham Əliyev məmurları dəbdəbəli həyatdan uzaq olmağa, təvazökarlığa dəvət etsə də, A.Ağayev dövlət başçısının sözlərinə əhəmiyyət verməyib.Dövlət məmuru kimi min manatdan çox maaş almayan A.Ağayevin hansı vəsaitlə villa tikdirməsi qaranlıq deyil. Şamaxıdakı biznesi və büdcə pullarının mənimsənilməsi dövlət məmurunun oliqarx həyat tərzi yaşamasına şərait yaradıb.

Bundan başqa, oğluna 150 min manata lüks maşın, aşpazına vəzifə və geniş imkanlar yaradan icra hakiminin Nağaraxana kəndində bu günə kimi çoxlu özbaşınalıqları olub.Rayonun “Kirovka” – indiki Nağaraxana kəndinin inzibati ərazisinə düşən və “Nənə bulağı” kimi məşhur olan yeganə təmiz içməli su üst-üstə 100 hektar torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edilib. Kənd torpaqlarının satılması prosesi Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun rəhbərliyi altında icra hakimiyyəti, konkret olaraq Şamaxı rayon icra başçısı Asif Ağayev və icra başçısının müavini Qasım Qasımov tərəfindən həyata keçirilib.

Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığı, onların sadə həyat tərzi yaşamağa etdiyi çağırışı, ayrı-ayrı oliqarxlaşmış icra hakimlərinə verdiyi mesajlar habelə dostluq parkında dəbdəbəli vilların sökülməsinə verdiyi tapşırıqları görünür, A.Ağayev öz üstünə almayıb.

Əks halda Şamaxıda boş torpaq saxlamayan və burda mənəm Bağdadda kor xəlifə deyən Asif Ağayev villalarının sayını artırmaqla özünü ərəb şahzadələri ilə müqayisə etməzdi.

samaxi2

 

samaxi1

24saat.org

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Biznesmenə sosial müavinət verilib – Qubada

%d bloqqer bunu bəyənir: