Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
102522

Salyanın keçmiş icra başçısının gölləri əlindən alınır

Salyanda təyinatı üzrə olmayan torpaqlarda yaradılan süni balıq gölləri ləğv olunur.

Ləğv olunan göl sahibləri arasında Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun himayə etdiyi şəxslər də var.

Həmin şəxslər buna etiraz etsə də, ancaq rayon İcra Hakimiyyəti onlara bu ayın sonuna qədər vaxt verib. İcra Hakimiyyəti verilən müddət ərzində həmin göllərdə saxlanılan balıqların sahibləri tərəfindən götürülməsi üçün imkan yaradır.

Artıq həmin göllərin ləğv edilməsi ilə bağlı 3 ay öncə sahiblərinə bildirişlər də göndərilib. İlin sonunadək Salyan rayonu ərazində təyinatı üzrə olmayan torpaqlarda yaradılan bütün süni balı gölləri ləğv olunacaq. Torpaqlar isə rayon İcra Hakimiyyətinin balansına qaytarılacaq. Sonrakı mərhələdə isə həmin torpaqlar əkinə yararlı hala salınaraq, istifadəyə veriləcək.

Salyan rayon İcra Hakimiyyəti qanunsuz göllərin siyahısını da hazırlayıb. Siyahıya yenə də Tahir Kərimovun vaxtilə himayə etdiyi şəxslər başçılıq edir. Tahir Kərimovun bilavasitə özünə məxsus göllərin sənədləri olduğu üçün isə onlara toxunulmayıb. (Ölkə.Az)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Misirlə Naxçıvan MR arasında müştərək tədbirlərin təşkili ilə bağlı müzakirə aparılıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: