Loading...
Loading...
tahir-kerimov

Salyandakı obyektlər əldən çıxdı: Tahir Kərimovu kimlər satıb? – Sirr

Keçmiş icra başçısı Tahir Kərimovun Salyandakı obyektləri əlindən çıxır. 24saat.org-un əldə etdiyi məlumata görə, sabiq icra hakiminin rayondakı restoranlarına və parniklərinə nəzarət başqasının əlinə keçib.

T.Kərimovun salyanlı deputat Əliağa Hüseynova uduzmasından sonra rayondakı biznesi əl dəyişib. Hazırda Salyanda əsas söz sahibi və biznes imperiyası Ə.Hüseynova aid olduğu bildirilir.

Rayonun yeni icra başçısı, Yardımlıdan transfer olunmuş Sevindik Hətəmov da deputatla hesablaşır. Onların münasibətlərində hələ ki, toqquşma qeydə alınmayıb. Lakin hər ikisinin T.Kərimovla əlaqələrinin ürəkaçan olmadığı söylənir.

T.Kərimov vəzifəsindən kənarlaşandan sonra işsiz qalıb. Onun Bakıda və Daşkəsəndə olan obyektlərindəki işə başının qarışdığı deyilir. Bir müddət təyinat olacağını gözləsə də, onun arzusu hələlik gözündə qalıb. Hətta ona vəd olunan “yaxın zamanlarda iş”in də düzələcəyinə ümid yoxdur.

24saat.org-un əldə etdiyi məlumata görə, Kərimovun yenidən işlə təmin olunması üçün ölkə rəhbərliyini razı salmaq mümkün olmayıb.

Qeyd edək ki, T.Kərimovu himayə edən fiqurlar dövlət rəhbərliyi ilə danışıqlar apararaq ona zamin durublar.

Sabiq icra başçısının dayaqları arxayın ediblər ki, hər şey onların nəzarəti altında olacaq və etimadı doğruldacaq. Lakin bu səylər və təşəbbüslər uğursuz alınıb.

Bundan sonra onun Salyandakı obyektləri getdikcə əlindən çıxmağa başlayıb. Onun rayonda hansı ərazilərdə kommersiya biznesinin olması haqda əlimizdə səthi bilgilər var.

Sadəcə, həmin siyahını açıqlamırıq. Çünki obyektlər indi ayrı adamlara həvalə olunub ki, bu da onların işinə problem yarada bilər. Həmin sahibkarlar və ümumiyyətlə, rayondakı iş adamları T.Kərimovun gedişindən sonra dərin bir nəfəs alıblar.

Onun barəsində mətbuatda tez-tez şikayət məktublar dərc olunurdu. İcra başçısı isə insafən, mediaya açıq adam idi və barəsindəki ittihamlara münasibət bildirilirdi.

Onu da demək lazımdır ki, vəzifədə olduğu dövrdə onun “torbasını tikən” bəzi adamlar olub. Həmin şəxslər indi də vəzifə tutur.

Məsələn, Salyanın hazırkı icra başçısının da müavini olan Rəşad Cəbrayılov Tahir Kərimov əleyhinə kompromat aparırmış.

Onun deputat Ə.Hüseynovla əlaqələri və qohumluğu olduğu deyilir. Habelə, Prezidentin Dövlət Mühafizə Xidmətinin rəhbəri, general Vaqif Axundovla da qohumluğunun olması haqda iddialar bizə çatan məlumatlarda yer alıb. Maraqlıdır ki, Kərimovdan sonra da Cəbrayılov müavin vəzifəsindən getmədi. Yada salaq ki, Salyanın keçmiş icra hakiminin vəzifəsindən azad olunmasında yayılmış fotosunun mühüm rolu olmuşdu.

Onun Gül bayramına aid illər əvvəl çəkilmiş şəkli qəfildən müəmmalı şəkildə ortaya çıxarıldı və tirajlandı. Sosial şəbəkələrdən tutmuş ANS telekanalına qədər bu məsələ şişirdildi.

T.Kərimovun gedişini istəyən qüvvələr məhz kampaniya şəklində bu məsələni körüklədilər. Halbuki, o fotonun birdən meydana çıxması mümkün deyildi…

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

General Hilal Əsədovun həyat yoldaşının poliklinikasında yoxlama başladı – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: