Salyanda polis adı ilə dələduzluq edənlər tutuldu


Salyanda polis adından istifadə etməklə dələduzluq edən şəxslər tutulub.

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, özlərini polis əməkdaşı kimi təqdim edən 2 nəfər rayonun Aşağı Kürkənd kənd sakini, 2000-ci il təvəllüdlü Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib ondan 15 000 manat pul alıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Salyan rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Generalın villasında fəhlə işləyən şəxs məhkəməyə məcburi gətiriləcək

%d bloqqer bunu bəyənir: