Advertisements
24 saat

Salyanda piyadanı vurmuş avtomobilin sürücüsü hadisə yerindən qaçıb


Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Qaraçala kəndində baş verib. Salyan rayon sakini, 1968-ci il təvəllüdlü Sarxanov Aslan Sarapalı oğlu naməlum avtomobil tərəfindən vurulub.

Ağır kəllə-beyin travması alan piyada Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Sürücü hadisə yerindən yaralıya kömək etmədən qaçıb.

Hazırda hadisəni törədən sürücünün axtarılması istiqamətində Salyan polisi tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: