24 saat

Salyanda 300 qram narkotik maddə yandırılıb


Salyanda narkotik vasitələr yandırma üsulu ilə məhv edilib.

“Report”un məlumatına görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Salyan rayon Polis Şöbəsinin ərazisində bu ilin 6 ayında məhkəmə hökmləri ilə müsadirə edilmiş 60 qram tiryək,180 qram qurudulmuş marixuana və 50 qram həşiş kimi narkotik vasitələr yandırma üsulu ilə məhv edilib.

Narkotik maddələrin yandırılması prosesi aidiyyati qurumların nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, yandırılan narkotik vasitələr məhkəmə qərarı ilə məhkum edilmiş vətəndaşlardan götürülüb. Hazırda onlar cəzalarını dəmir barmaqlıqlar arasında çəkirlər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: