Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Salyanda əlil uşaqlar özlərinə iş yeri açdılar

Bu gün Salyan şəhərində əlil uşaqların əl işlərindən ibarət satış sərgisi təşkil olunub.

Tədbirin təşkilatçısı “Murad” Əlillər Cəmiyyətinin rəhbəri, 45 yaşlı Rəsmiyyə Səmədova virtualaz.org saytının Şirvan bürosuna bildirib ki, onun 19 yaşlı oğlu Murad anadangəlmə şikəst doğulsa da, çox istedadlı olduğundan hələ körpə vaxtlarından onun rəssamlığa həvəsinə biganə qalmayıb, onu yeni və daha mükəmməl rəsmlər çəkməyə həvəsləndirib. Sonralar işlərinin uğurlu getdiyini görüb, bir ana kimi digər şikəst uşaqların da yaşamaq həvəsini stimullaşdırmaq üçün bacardığı köməkliyi etməyi özünün vicdan borcu bilib.

O, ev-ev gəzərək şikəst uşaqlarla görüşüb və onlara sənət öyrətmək istədiyini bildirib. Bu məqsədlə hətta öz vəsaiti hesabına kiçik toxuculuq avadanlığı və digər sənət ləvazimatları taparaq rayonun mərkəzində onlara ayrılmış 2 otağa gətirib. Artıq Rəsmiyyə xanım 30-yaxın əlili uşağı başına toplaya və onlara sənət öyrədə bilib.

Uşaqlara bu kiçik sexdə toxuculuq, rəssamlıq, taxta üzərində işləmələr və s. sənətlər öyrədilir. Artıq Rəsmiyyə xanımın oğlu Murad da uşaqlara rəssamlıq dərsi keçməyə başlayıb.

Rəsmiyyə Səmədova onu da bildirdi ki, sərginin bu günə salınması təsadüfi deyil, bu gün uşaqlardan Mətanətin ad günüdür. Satışa çıxarılan əl işlərinin qiyməti 40 qəpikdən 40 manata qədər olsa da, elə ilk andan yoldan keçən insanlar biganə qalmayaraq xeyli alış-veriş ediblər.

Rəsmiyyə xanım deyir ki, əldə olunan gəlirdən müalicəyə gedən uşaqlara kömək etməyi də nəzərdə tutublar.

Problemlərə gəldikdə isə bildirdi ki, onaların xalça toxumaq üçün ipliyə, sapa, rəsm çərçivələrinə və rəsm kağızlarına ehtiyacları var. Məsələn, elə bu gün əlil uşaqların əl işi olan bir dəyərli rəsmi müvafiq çərçivəsi olmadığından sata bilmədiklərinə təəssüfləniblər…

Biz isə Rəsmiyyə xanımın və başına topladığı əlil uşaqların yüksək əhval-ruhiyyəsindən duyğulanaraq bir daha əmin olduq ki, insanı həyatda halal zəhmətə bağlılıq qədər xoşbəxt edən heç nə yoxdur…

 

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Atlas” klinikadakı “bazardan” reportaj – Fotolar

%d bloqqer bunu bəyənir: