Sakitləşdirən və xoşbəxtlik verən 5 qoxu


Özünüzü pis hiss etdiyiniz zaman sakitləşə bilmək və xoşbəxtlik duyğusunu dadmaq üçün müxtəlif qoxulardan yararlana bilərsiniz.

24saat.org axşam.az-a istinadən bildirir ki, aromaterapiya adlanan bu üsulun beyin üzərində çox təsirli olduğu aşkar edilib. Bu qoxular içərisində ilk 5 sırada yer alan bunlardır:

Darçın

İçkinizə qatacağınız darçın sakitləşməyinizə və rahatlıq tapmağınıza kömək olacaq.

Lavanda

Lavandanın sakitləşdirici təsiri var. Yatmazdan öncə yastığınızın üzərinə bu bənövşəyi çiçəkləri qoyun. Daha rahat və sakit bir yuxu almağınıza kömək edəcək.

Portağal

Səhərlər günə başlamaqda çətinlik çəkirsinizsə və gərgin olursunuzsa, o zaman bir fincan qəhvə yerinə bir fincan limon və ya portağal suyu için. Həm günə enerjili başlamağa kömək edəcək, həm də sizin gərginliyinizi azaldacaq.

Vanil

Vanil uzun illərdən bəri xoşbəxtliyi artırmaq və ruh yüksəkliyi yaratmaq üçün istifadə olunur. İçkilərinizdə kiçik miqdar istifadə etdiyiniz vanil bunun üçün kifayət edəcək.

Limon

Həm əzələ ağrılarını azaldan, həm də sakitləşdirici xüsusiyyətə malik olan limon gərginliyi aradan götürən başlıca meyvələrdən hesab olunur. Limon ətri bu baxımdan olduqca faydalıdır.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

28 May qəsəbəsinin sakinləri prezidentə müraciət etdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: