Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Şahmar İbadov kimin təlimatı ilə ortağı Ceyhun Osmanlını qoruyur?

Türkiyədən sonra Azərbaycanda da Fətullahçı Terror Təşkilatına qarşı hücumlar olacağı gözlənilir. Azərbaycanda həm iqtisadi, həm siyasi güc sahibi olan FETÖ-nün ən böyük gücü kadrlarıdır. Onların vasitəsi ilə Gülən buradakı iqtisadi dayaqlarını qoruya bilir

Bu siyasi güc sahibləri Gülənin şirkətlərinə, hətta sayseçmə şəxslərinə arxa olmaqla, onların önünü açırlar. Ceyhun Osmanlı, Elnur Aslanov, Fərhad Məmmədov, İxtiyar Hüseynli, İntiqam Babayev və digər isimlər deşifrə olunsalar da, onlar hələ də hakimiyyət içindəki bəzi qüvvələr tərəfindən qorunurlar.
Ümumiyyətlə, Fətullah Gülən məsələsi, onun Azərbaycan ictimai-siyasi mühitindəki pərdəarxası pozuculuq niyyətləri, mənəvi-psixoloji terror planları müzakirə obyektinə çevrilsə də, edilən təzyiqlərdən irəli getmək mümkün olmayıb. Aparılan tədqiqata görə, Azərbaycanda 156 strateji obyektdə (İstər nazirlik olsun, istər departament, istər şirkət, ali məktəb, KİV və RT mərkəzləri… dəxli yoxdur. Həmçinin ayrı-ayrı Rayon İcra Hakimiyyətlərində, hüquq-mühafizə orqanlarında.) Fətullah Gülən özünün dayaq dəstələrini yarada bilib. Artıq 25 ildir Fətullah Gülən Azərbaycanda özünə böyük şəbəkə qurub.
Bu barədə ölkə mətbuatında yazılan xəbərlərə görə, Azərbaycan istiqamətində (yəni min bir əzabla qurulan bu ölkəni parçalamaq, dağıtmaq üçün) Fətullah Gülənin 7 (yeddi) İmamı var. Bu İmamlara “İcraçı İmamlar” deyilir. Bu icraçı imamların kiçik dəstələri, bank hesabları, onları yedirib-içirə biləcək şirkətləri mövcuddur. Onların Azərbaycanda öz bankları, şirkətləri, mağazaları, çörək zavodları, bazarları, alış-veriş marketləri, şirniyyat dükanları var.
FETÖ üçün Azərbaycanda önəmli yerlərin önündə Nərimanov rayonu gəlməkdədir. “Çağ Öğretim”in əsas mərkəzi (indiki adı: “İstək” liseyi) burada yerləşir. Azərbaycan üzrə keçmiş imam Ənvər Özərən uzun müddət burada yaşayıb, fəaliyyət göstərib. Bundan başqa dövlət məmurları üçün nəzərdə tutulan “İşıq evi” də Nərimanov ərazisində – “Arçelik”in binasının arxasında yerləşirdi.
Azərbaycanın strateji rayonlarından birində əsas qərargah quran fətullahçıların rahat hərəkət etmək üçün buradakı məmurlarla yaxın əlaqə qurmaması inandırıcı deyil. Bu barədə araşdırmalar bizi Ceyhun Osmanlıya götürdü. Gülənin Azərbaycandakı aktiv gənc lideri Nərimanov rayonunun rəhbərliyi ilə Özərən arasında vasitəçilik edib. Onlara bu rayonda yol açan, inkişaf etmələri üçün hər bir dəstəyi verən isə Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovdur. Təkcə, onunla deyil, bir sıra dövlət məmurları, icra hakimiyyətlərindəki fətullahçılarla da əlaqələri davam etdirən C.Osmanlıdır.
Hazırda Ukraynada tikinti biznesi ilə məşğul olduğu bildirilən Ceyhun Osmanlının bu işdə əsas ortağının da Şahmar İbadov olduğu bildirilir.
Türkiyənin mediaya ötürülən kəşfiyyat məlumatlarında  Şahmar İbadovun adı belə çəkilir:
“Şahmar İbadov – Bakü şehri, Nerimanov ilçe Kaymakamının birinci yardimçısı.Eski parlamento başkanı yardımçısı.Kaymakamlıkda söz sahibi biri tüm atamalar ona bağlı.İzni olmadan hiç kimse göreve alınmaz.Önceliyi kaymakamlıkda ve oraya bağlı kamu görevlerine yakınlarını ve Hizmet üyelerini göreve getirmek. İş adamı. Çocukları Gülen okulunda okumuş. Ailesi ile bir kaç defa ABD olmuş. Hizmet uyelerinin mali işlerindeki sorumluluklarda üstlenir. Nerimanov ilçesinde yakınları ve akrabaları devlet hizmetinde çalışıyor.
15 Haziran olaylarından 8 ay önce  Ceyhun Osmanlı kaymakamlığı ziyaret etmiş ve Nerimanov ilçe Kaymakamının birinci yardimçısı Şahmar İbadovla odasında buluşmuş. Bundan sonra kaymakamliğa aid 10 AA 815 plakali arabası ile Şahmar İbadov şöforu ve kaymakamlikda çalışan müdür yardımçısı Togrul ve Eldaniz adlı kişilerin vasıtası ile Ceyhun Osmanlıya para vermiştir”.
Göründüyü kimi, Şahmar İbadov ismi Türkiyəyə çoxdan bəllidir. Həm dövlət məmuru, həm də rayonda böyük biznes sahibi kimi tanınan İbadovun Ceyhun Osmanlını öz iş otağında qəbul etməsi Türkiyənin də diqqətini çəkib. Bundan başqa ikilinin davamlı olaraq, görüşdüyü və birlikdə hərəkət etdikləri vurğulanır.
Bundan başqa Ş.İbadovun hazırda C.Osmanlı üçün məmurlar arasında təbliğatla məşğul olduğu, Ceyhun Osmanlı ilə Elnur Aslanovun dövlət rəhbərliyi tərəfindən bağışlandığını söyləyir. Bu şəxslərin fətullahçılarla-nurçularla heç bir əlaqəsinin olmadığını, tam əksinə onlara bu adı verənlərin gülənçi olduğunu bildirir.
Bu barədə yazı hazırlarkən, ilginc bir faktla rastlaşdıq. Jurnalist həmkarlarımızdan birinin dediyinə görə, “ötən gün Milli Parkda fətullahçılara qarşı sərt mövqeyi ilə tanınan jurnalist Aqil Ələsgərlə çay içərkən, maraqlı bir dialoqun şahidi olub. Yazdığı yazılara görə, davamlı telefon zəngləri alan A.Ələsgərin “Şahmar müəllim, nömrənizi tanımadım” sözlərindən sonra telefon söhbətində “Nərimanov” sözünün keçməsi zəng edənin Şahmar İbadov olması barədə təəssürat yaradıb. Ayağa qalxıb bayıra çıxa bilmədiyindən yoldaşlarının yanında söhbətini davam etdirən jurnalistin cavabları söhbətin Ceyhun Osmanlıdan getdiyini ortaya qoyub.
“Mənə kimsə sifariş verə bilməz”, “Fətullahçı olduqlarından əminəm” kimi bəzən sərtləşən tonda mövzunu davam etdirən və hardasa 10 dəqiqəyə yaxın söhbət edən ikilinin danışığından belə bəlli olurdu ki, Ş.İbadov C.Osmanlı ilə Aqil Ələsgərin arasında barışdırıcı missiyanı oynayır. “Mənim onunla şəxsi heç bir ədavətim yoxdur” deyən jurnalist mədəni şəkildə görüşdən imtina etsə də, qarşı tərəf israrla problemin Aqil Ələsgərə zərər verəcəyini dediyini bu tərəfin reaksiyasından anlayırdıq. Hətta “o, niyə bunları müdafiə edir” deyə, Aqil Ələsgərin təəccübləndirən məsələdən telefon söhbətindən sonra çoxsaylı suallarıdan sonra agah oluruq. Bəlli olur ki, telefonda çox önəmli bir şəxsin adı çəkilmiş və məhz onun təlimatı ilə yaxın günlərdə Ceyhun Osmanlı və Elnur Aslanovun “təmiz” olduğuna dair xəbərlər yayılacaqdır. Söhbətin kimlə getdiyi dialoqdan bəlli olduğu üçün Aqil Ələsgər bir təəccübünü də bizimlə bölüşdü: “Nə baş verdiyini anlamağa çalışıram. Şahmar müəllimin bundan öncə də bir neçə dəfə bu barədə söhbəti olub. Ancaq ilk dəfədir ki, telefonda, həm də dövlətin nəzarətində olan nömrə ilə bu qədər açıq söhbət etməsi, ad çəkməsini başa düşə bilmirəm. İnanmıram ki, bu zəngi özbaşına edib.  Çünki çəkilən ad çox təhlükəlidir””. Jurnalist həmkarı deyir ki, israrlara rəğmən Aqil Ələsgər o adı çəkməsə də, İbadovun bu hərəkətinə bir anlam verə bilmədiyini də sözlərinə əlavə etdi. Onun sözlərinə görə, C.Osmanlı və E.Aslanov üçün bu günlərdə çoxsaylı zənglər alır, üstüörtülü təhdid olunur, ancaq dövlət nömrəsi ilə belə zəngi gözləmirdi.
“Puzzle”nin bütün hissələrini birləşdirdikdə, ortaya çıxan tablo budur: C.Osmanlı ilə bağlı türk kəşfiyyat məlumatlarında ciddi əsas var. Şahmar İbadov ya iş ortağını qorumaq üçün özünün çoxillik dövlət məmuru karyerasını təhlükə altına atıb, ya da onu bu mövqedən çıxış etməyə məcbur edən və arxasında dayanan daha böyük biri var və o, bu arxayınlıqla hərəkət edir.
Maraqlı məqamlardan biri budur ki, rayon rəhbərliyinin, icra başçısı Abdin Fərzəliyevin birinci müavinin bu “fəaliyyət”indən xəbəri var? Şahmar İbadov Fərzəliyevin tapşırıqları əsasında Ceyhun Osmanlını qoruyur yoxsa beş-altı otaq o tərəfdə baş verənlərdən xəbərsizdir? Nə üçün birinci müavinini bu qədər sərbəst buraxıb? Yoxsa, Bakının ən böyük rayonlarından birində bütün işlər qurtarıb, indi də boş-bekarlıqdan fətullahçıları qorumağa keçiblər?(azerinfo.org)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Əflatun Amaşov “döyüldü”: Jurnalistikanın “Bandotdel”də sındırılan dişi və son anda yada düşən təbrik…

%d bloqqer bunu bəyənir: