Now Reading:
Sahil qəsəbəsində səyyar görüş keçirilib – Qaradağda
Full Article 50 second read

Sahil qəsəbəsində səyyar görüş keçirilib – Qaradağda



Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib

İyunun 17-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.

Keçirilmiş səyyar qəbulda 200-ə yaxın qəsəbədə sakinləri iştirak etmişdir.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışmışlar. Qəsəbə sakinlərindən 19 nəfəri fərdi qaydada dinlənilmişdir. Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.

pia.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: