Loading...
Loading...

Sahibkarların azadlığa buraxılmasının sirri

Hakimiyyət ölkəyə investor cəlb etmək üçün imicini düzəltməyə çalışır

Ölkədə maliyyə böhranı başlayandan dövlət başçısı Ilham Əliyev pul axtaşırışa çıxıb. Onun xarici səfərlərində Azrbaycana kredit verilməsi prioritet təşkil edir. Ölkə başçısı həmçinin sahibkarları Azərbaycana dəvət edir. Ilham Əliyev Almaniya səfərində də bu ölkənin sahibkarlarını Azərbaycana investisiya yatırmağa çağırdı.

Lakin dövlət başçısının ölkəyə pul cəlbetmə cəhdləri hələ ki nəticə verməyib. Bunun isə çox sadə səbəbi var. Azərbaycanda korrupsiya idarəçilikdə prioritetdir. Bundan başqa ölkədə sahibkarlıq fəaliyyəti təhlükəli peşəyə çevrilib. Elə “MTN işi” zamanı bəlli oldu ki, ölkənin təhlükəsizliyinə cavabdeh olan bu qurum sözün əsl mənasında reket fəaliyyətilə məşğul olub. Onlarla sahibkarlar MTN-in qorxunc generalları tərəfindən şantaja məruz qalıb. Onların əmlakları, biznesləri əllərindən alınıb. Həmçinin “kredit qalmaqalı”nda Beynəlxalq Bankdan kredit götürən onlarla iş adamı həbs edildi. Onlar götürdükləri kreditləri vaxtından əvvəl ödəməyə məcbur edildi.

Xarici investorlar da Azərbaycanda rahat sahibkarlıqla məşğul ola bilməyib. Hər halda ortada Paolo Pərviz, Hüseyn Arabul nümunəsi var. Hər iki xarici iş adamı Azərbaycana yatırım qoysa da, sonradan müxtəlif vasitələrlə bizneslərinə əl qoyulub, özləri isə ölkədən faktiki olaraq qovulub.

Indi hakimiyyət bu imicini düzəltmək istəyir. Redaksiyamıza daxil olan məlumatlara görə, “kredit qalmaqalı”na görə həbs edilənlərin, bir neçə gün əvvəl iş adamı Abdulla Abdullayevin azadlığa buraxılması Azərbaycanda sahibkarlıq mühitinin olmaması barədə rəyləri dağıtmağa hesablanıb. Lakin ekspertlər bildirir ki, hakimiyyət bu addımlarla imicini düzəldə bilməyəcək. “Azərbaycan hakimiyyəti ölkəyə investor cəlb etmək üçün ciddi siyasi və iqtisadi islahatlara getməlidir”, – deyə ekspertlər bildirir.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Futbolçu Cavid Hüseynov bəraət istəyir

Loading...
%d bloqqer bunu bəyənir: