Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qcmnipmm

Şahbaz Quliyev tanınmaz hala düşüb – Açıqlama

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinin məktubuna cavab verməyib.

Bu barədə Şahbaz Quliyevin qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, Şahbaz Quliyevin səhhətində ciddi problemlər var.

İ.Quliyev deyib ki, BQXK nümayəndələri tərəfindən Şahbaz Quliyevin yeni görüntüləri onlara göstərilib: “Qardaşımın yeni çəkilmiş şəkillərini bizə kompüterdə göstərdilər. Tanınmaz hala düşüb. Girov düşməmişdən əvvəl Şahbazın çəkisi 110 kiloqramdan çox idi. Şəkili görəndə Şahbazı tanımadıq. O qədər arıqlayıb ki, tanınmaz halda idi. Çəkisi heç 50 kiloqram da qalmayıb. Əminəm ki, Şahbazın vəziyyəti ağırdır. O, bizim məktubumuza cavab verməyib. Hamımız narahatıq.

Dilqəm ailəsinə məktub yazıb. Amma Şahbazdan məktub gəlməyib. Qardaşımın şəkillərini Bakıya gələn ermənilərə göstərmək lazımdır. Onlar bilməlidirlər ki, biz ermənilərə necə münasibət göstəririk, onlar isə Şahbazgilə əziyyətlər verirlər”,- deyə İlham Quliyev vurğulayıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.(Azvision.az)

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

“Məmurların xarici dövlətlərdə bank hesabı açması yasaqlanmalıdır”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: