Now Reading:
Sağlamlığı və cavanlığı qoruyan SOĞAN QABIĞINDAN MÜALİCƏVİ ÇAY
Full Article 1 minutes read

Sağlamlığı və cavanlığı qoruyan SOĞAN QABIĞINDAN MÜALİCƏVİ ÇAY



Soğan insan sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. İltihab, mikrob, virus, hətta xərçəng əleyhinə xüsusiyyətlərə malik olan soğan əsl müalicəvi məhsuldur.
24saat.org saglamolun.az-a istinadən bildirir ki, lakin adətən tulladığımız soğan qabığının da çoxlu faydalı və müalicəvi xüsusiyyətləri var. Soğan qabığı antioksidant və bioflavonoidlərlə olduqca zəngindir. Bu maddələr insan sağlamlığını qoruyur, qocalma proseslərini ləngidir.

Xalq təbabətində soğan qabığı dəmləməsi hipertoniyanın, öskürəyin, iltihabların müalicəsində çox geniş istifadə olunur.
Soğan qabığından çox faydalı müalicəvi çay hazırlayın. 1 orta ölçüdə olan baş soğan yaxşı yuyulur, ən üst qabıqlar soyulur, qalan qabıqlar 1 fincan (100 ml) qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, sonra adi çay kimi içilir. Çayın faydasını artırmaq üçün ona bal əlavə etmək olar.
Bu çayın müalicəvi xüsusiyyətləri arasına:
– immun sistemini möhkəmləndirir
– iltihabları azaldır
– sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik yollarını təmizləyir
– damarları möhkəmləndirir, onları daha elastik edir
– aterosklerozun inkişafının qarşısını alır
– ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır
– damarlarda trombların əmələ gəlməsinin qarşısını alır
– arterial təzyiqi tənzimləyir
– orqanizmdə iltihabları azaldır
– xərçəng əleyhinə təsirə malikdir.
Soğan qabığından çay çox faydalı müalicəvi vasitədir. Bu çayı hər gün 1 fincan olmaqla qəbul etmək olar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: