Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şagirdini zorladığı deyilən müəllim işdən qovuldu – Direktordan açıqlama

Şamaxı rayonunda 9-cu sinif şagirdinə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Elnur İbrahimov Pirbəhli kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılıb.

Bu barədə AzNews.az-a Pirbəhli kənd orta məktəbinin direktoru Pənah Bəşirov məlumat verib. O qeyd edib ki, mart ayının 28-dən etibarən E.İbrahimovun məktəbdəki işinə xitam verilib: “Bu hadisə məktəbdə baş verməyib. Lakin Elnur müəllim məktəbə gəlsə də, mən onu təhsil müəssisəsinə buraxmaq iqtidarında deyiləm”.

P.Bəşirov bildirib ki, E.İbrahimov həmin şagirdə dərs deməyib: “Bizim baş verənlərlə bağlı böyük məlumatımız yoxdur. Ola bilsin ki, o bunu, bu da onu şantaj edib. Amma mən bilmirəm ki, bu, nə dərəcədə doğrudur. Kənarda olan işlərə biz cavabdeh deyilik. Məsələ ilə bağlı mən Təhsil Nazirliyində olmamışam, məktəbin pedaqoji müəllim heyəti bununla bağlı izahat verib”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Heykəl məhbusları təcridxanaya göndərildi

%d bloqqer bunu bəyənir: